Dərc edildi: Baxış sayı: 437
Maksim Karlseni zirvədən saldı !
İngiltərənin paytaxtı London şəhərində davam edən "London Chess Classik" superturnirində iştirak edən fransalı qrossmeyster Maksim Vişye-Laqraf, turnirdə göstərdiyi inamlı oyunu ilə tarixi uğura imza atdı. Şahmatın blitz növü üzrə keçirilən yarışda erməni Aronyan üzərində parlaq qələbədən sonra, Maksim 2948.2 ELO xalı ilə canlı reytinqdə Maqnus Karlseni keçərək,dünyada 1-ci pilləyə yüksəldi. Qeyd edək ki, "Grand Chess Tour" çərçivəsində keçirilən London turnirində cəmi 4 şahmatçı iştirak edir (Karuana.Aronyan,Nakamura və Vişye-Laqraf).Burada şahmatçılar dairəvi sistemlə kassik,rapid və blitz partiyaları keçirilər.Turnir dekabrın 17-dək davam edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət