Dərc edildi: Baxış sayı: 456
Fransalı deputat koronavirusa yoluxub
Fransa parlamentinin deputatı koronavirusa yoluxub.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə parlament spikeri Rişar Ferran məlumat verib.
Söhbət Elzas bölgəsindən “Respublikaçılar” partiyasını təmsil edən 68 yaşlı deputat Jan-Lük Reytserdən gedir. O, Müluz şəhərinin xəstəxanaların birində ağır vəziyyətdədir.
Fevralın 25-dən o, parlament iclaslarında iştirak etmir.
Koronavirusa, həmçinin parlament bufetinin əməkdaşı yoluxub. O, ev şəraitində karantində saxlanılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət