Slimfit
  1. DÜNYA

Fransadan Ermənistana və separatçılara ağır zərbə!

Fransadan Ermənistana və separatçılara ağır zərbə!
Sakura

Fransadan Ermənistana və separatçılara ağır zərbə!

Son hadisələr bu zərbələrin davamlı olacağı anonsunu verir

Fransanın Vuaz departamentinin Arnuvill şəhər məkhəməsinin Dağqlıq Qarabağın işğal altındakı Xocavənd rayonu ilə "Dostluq xartiyası" haqqında qərarını verməsi nəticə etibarı ilə ədalətsizlik, beynəlxalq hüquqa və konvensiyalara zidd olan buzların əriməsi təsirini bağışlamağa başlatdı. Çünki kimsəyə sirr deyil ki, Fransa tarixən öz siyasətinin tərkib hissəsində erməni maraqlarına dəstəyini, eləcə də simpatiyasını gizlətməyib. Təkcə qondarma erməni soyqırımı məsələsini xatırlayarsaq, Fransa məhkəməsinin həmin həmin qərara qarşı etiraz edənlərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı qərarını bir daha yada sala bilərik.

Aqanbeqyanın başlatdığı yolun sonu...

Söz yox ki, burada erməni lobbisinin mütəşəkkil fəaliyyətini də istisna etmək olmaz. Çünki Fransadan aldıqları siyasi dəstəkləri nəticəsində ermənilər bu ölkəni demək olar ki, özlərinə sığorta olaraq təyin ediblər. Daha dəqiq desək, dünyanın erməniçilik maraqlarının əsas qaynağının Fransa dövləti olduğu gözlər önündədir. Onu da unutmaq olmaz ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsinin ilkin tələbi də 1987-ci ildə məhz Fransada, erməni akademiki Abel Aqanbeqyanın "Humanite" qəzetinə verdiyi müsahibəsində qeyd olunmuşdu. Belə olan halda, sonrakı illərdə işğalçılıq siyasətinin vüsət almasında, hətta Ermənistanın ağır sosial durumu vaxtında Fransanın bu ölkəyə humanitar və s. yardımlar ayırması faktları heç də təsadüfi sayıla bilməz.

ATƏT-in Minsk qrupunun həmsədri olaraq, Fransanın münaqişənin həlli üçün səmimi addımlar atması marağının olmadığı da gözlər önündə olub və zaman-zaman qəbul edilmiş hüquqa zidd qərarlar da belə deməyə kifayət qədər əsas verməkdədir.

Lakin Arnuvill məhkəməsinin bəlli qərarının 2013-cü ildən bu yana Azərbaycanın xeyrinə olan ilk qərar kimi tarixə düşməsi haqqın nazilsə də, üzüzlməyəcəyi misalını təsdiq edir. Necə deyərlər, bu məsələ erməni akademiki Aqanbeqyanın 1987-ci ildə başlatdığı yolun sonu kimi də qiymətləndirilə bilər.

Azərbaycanın dünyada artan siyasi nüfuzu ölkəmizin digər ölkələrlə, o cümlədən, Fransa ilə münasibətlərində yeni mərhələlər açıb

Artıq bu məsələdə digər Fransa şəhər məhkəmələrinin də müvafiq qərarlar çıxaracağını düşünmək mümkündür. Çünki Fransa prezidenti Emmanuel Makron ölkəsinin siyasi çevrələrində həmin məsələlər barədə fikirlərini bildirib və ümumiyyətlə, beynəlxalq qanunlara zidd olan qərarların Fransaya heç də baş ucalığı gətirməyəcəyini anlayıb. Əgər Fransanın dünyanın siyasi çevrəsində elita olaraq tanınması, müxtəlif hadisələr kontekstində söz sahibi kimi çıxış etməsi reallığını da buraya əlavə edərsək, bu ölkənin insan hüquq və azadlıqlarından tutmuş, digər mühüm məsələlər baxımından nüfuzunu itirmək təhlükəsi ilə üz-üzə qaldığını deyə bilərik.

Onu da qeyd etmək olar ki, Azərbaycanın dünyada artan siyasi nüfuzu ölkəmizin digər ölkələrlə, o cümlədən, Fransa ilə münasibətlərində yeni mərhələlər açıb.

Erməni lobbisinin müəyyən təsirləri də nəzərə alınmayıb ki, bu da yaxın vaxtlarda növbəti belə qərarların qəbul ediləcəyi anonsunu verməkdədir

Təbii ki, işğalçı Ermənistanın daxilində baş verən son hadisələr - bu ölkənin siyasi böhrandan çıxa bilməməsi, xüsusilə iqtisadi tənəzzülü və s. olayları da nəzərə alan Fransa dövləti tərəqqi edən Azərbaycanla münasibətlərini pozmaq istəməz. Xüsusilə, Dağlıq Qarabağ məsələsindəki həssas məqamlar istiqamətində atılan hüquqa zidd addımlar, qərarlar Fransanın nüfuzunda boşluqlar olduğunu təsdiq edirdi. Ona görə də, gec olmayaraq, məhkəmələrdə müvafiq qərarların verilməsinə başlanılıb. Arnuvill məhkəməsinin qərarı da əlbəttə ki, bu xüsusdadır.

Lakin biz unutmamalıyıq ki, bu məsələdə Azərbaycan hakimiyyətinin də qətiyytli mövqeyi var və ölkənin birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Fransaya səfəri zamanı bəlli məsələləri bu ölkənin siyasi dairələrinə çatdırması həmin həqiqəti təsdiq edir. Beləliklə, Fransa məhkəmələri ermənilərin işğalçılıq və separatçılıq maraqlarının üzərindən xətlər çəkməyə başlayıb. Hətta erməni lobbisinin müəyyən təsirləri də nəzərə alınmayıb ki, bu da yaxın vaxtlarda növbəti belə qərarların qəbul ediləcəyi anonsunu verməkdədir. O cümlədən, Azərbaycanın xarici siyasət diplomatiyasının da həmin məsələdəki üstünlüyü işğalçı rejimə ciddi və kəski zərbəni vurmuş oldu.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR