Slimfit
  1. GÜNDƏM

Fransada məhkəmə qərarına hörmətsizlik: Bakıya qarşı...

Fransada məhkəmə qərarına hörmətsizlik: Bakıya qarşı...
Sakura

Fransada məhkəmə qərarına hörmətsizlik: Bakıya qarşı...

İyun ayında Fransanın Qrenobl şəhərinin inzibati məhkəməsinin Fransa departamentləri ilə Azərbaycanın işğal olunmuş torpaqlarındakı inzibati bölgələr arasında imzalanmış “dostluq haqqında xartiya”nı ləğv etməsi, görünür, prosesi dayandırmayıb.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu sentyabrın 20-də Fransanın Qrenobl şəhərində, İzer administrasiyasının konfrans salonunda bölgə department şurasının sədri Jan-Pyer Barbye ilə Azərbaycanın işğal altındakı Xocavənd rayonunun “administrasiya rəhbəri” Kamo Petrosyan arasında “dostluq bəyannaməsi”nin imzalanmasına münasibət bildirərkən deyib. Politoloq bildirib ki, hələ iyun ayında Fransa məhkəməsinin bu ölkənin bəzi şəhər bələdiyyələrinin erməni separatçıları ilə imzaladıqları "sazişləri" ləğv etməsini müsbət hadisə saysa da, eyforiyaya qapılmağa ehtiyac olmadığını bildirmişdi:

“Məhkəmə işğalçı Dağlıq Qarabağ marionet rejiminin nümayəndləri ilə Valans, Bur-le-Valans, Bur-de-Peak departamentləri arasında imzalanmış “Dostluq haqqında xartiya”ları qanuni hesab etməyərək ləğv etmişdi. Bundan əvvəl isə mayın 29-da Fransanın Serji-Pontuaz inzibati tribunalı da Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “dostluq haqqında xartiya”nı ləğv etmişdi. Əlbəttə, Fransanın bölgə məhkəməsi növbəti “dostluq xartiyasını” da ləğv edə bilər. Erməni separatçılarının məqsədi bəllidir, anlaşılmayan Fransanın departamentlərinin ölkə məhkəmələrinin qərarlarını heçə saymalarıdır”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR