Dərc edildi: Baxış sayı: 620
Fransada koronavirusdan daha 81 nəfər ölüb
Fransada koronavirus infeksiyasının yaratdığı xəstəlikdən ölənlərin sayı 29 mini keçib, 18 min nəfərin xəstəxanalarda müalicəsi davam etdirilir.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
“29 021 xəstə dünyasını dəyişib. Onların 18 671-i xəstəxanalarda, 10 350-si isə sosial-tibbi müəssisələrdə vəfat edib. Epidemiya başlayandan bəri 102 133 nəfər tibb müəssisələrinə yerləşdirilib. Müalicə alaraq sağalan xəstələrin sayı isə 69 455 nəfər təşkil edib”- deyə, məlumatda qeyd olunub.
Bildirilib ki, son 24 saat ərzində 81 nəfər koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət