Dərc edildi: Baxış sayı: 404
Fransada koronavirus qurbanlarının sayı 27 minə çatır
Fransada koronavirusdan bir gün ərzində 348 insan ölüb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Nazirliyin məlumatına görə, ölkədə koronavirus qurbanlarının sayı 27 minə çatır.
"Martın 1-dən biz COVID-19 ilə bağlı 26 991 ölümə ağlayırıq", - deyə nazirliyin rəsmi məlumatında deyilir. Qeyd edilir ki, 17 003 insan xəstəxanalarda, 9 988 nəfər qocalar evlərində ölüb.
Qeyd edilir ki, hazırda xəstəxanalarda 21 595 insan müalicə olunur. Son gündə xəstəxanalara daha 670 pasiyent daxil olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət