Dərc edildi: Baxış sayı: 220
Fransada dəhşətli yanğınlar: 3000 nəfər təxliyə olundu
Fransanın cənubundakı Mərkəzi Pireney bölgəsində baş verən yanğın 500 hektar meşə sahəsinə ziyan vurub.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Məlumata görə, avqustun 14-də bölgədəki Sen-Andre, Sorede və Argel-sür-Mer yaşayış məntəqələrində başlayan yanğın ancaq səhər saatlarında nəzarət altına alınıb. Bölgəyə gələn 650 yanğınsöndürənlə yanaşı, çoxlu sayıda təyyarə də yanğına müdaxilə edib.
Bildirilib ki, yanğın səbəbilə 3000 nəfər təxliyə edilib, 50-dən çox insan alov və tüstüdən zərər çəkib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət