Dərc edildi: Baxış sayı: 192
Fransada daha bir şəhər merinə hücum etdilər
Fransanın La Rişe şəhərinin meri Filip Posuş naməlum şəxslərin hücumundan danışıb.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki etirazçılar onun bağına daxil olaraq avtomobilini yandırmağa cəhd ediblər.
Hadisə iyulun 1-dən 2-nə keçən gecə baş verib.
Posuşun sözlərinə görə, bir qrup şəxs onun avtomobilini yandırmağa nail olub, lakin o, hücum edənləri qovub və maşını söndürməyə başlayıb.
O qeyd edib ki, həftə ərzində aldığı təhdidlərlə bağlı polisə məlumat verib. Şəhər başçısı həmçinin yanğına cəhdlə bağlı hüquq-mühafizə orqanlarına şikayət etmək planlarını açıqlayıb.
Qeyd edək ki, bundan öncə Lay-le-Roz şəhərinin meri Vinsent Janbryun evinə hücum edildiyi, həyat yoldaşı və uşağının yaralandığı bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət