Slimfit
  1. DÜNYA

Fransada başlayan taxtabiti təhlükəsi Türkiyə sərhədinə çatdı

Fransada başlayan taxtabiti təhlükəsi Türkiyə sərhədinə çatdı
Sakura

Fransada başlayan taxtabiti təhlükəsi Türkiyə sərhədinə çatdı

Fransada başlayan taxtabiti təhlükəsi Yunanıstanda da getdikcə artır.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Yunanıstan Taxtabitlərini Dərmanlama Şirkətləri Birliyinin (SEAME) sədri Yorgos Lambru Yunanıstan Radio və Televiziya Təşkilatı ERT-yə verdiyi açıqlamada bildirib.

O qeyd edib ki, ölkə üzrə xüsusilə turizm bölgələrində tez-tez müşahidə olunan taxtabitilər səbəbilə həyəcan təbili çalınır.

Taxtabitilərin baqaj və ictimai nəqliyyat vasitəsi ilə asanlıqla yayıla biləcəyinə diqqət çəkən Lambru bu böcəklərin otellərdə, düşərgələrdə və mənzillərdə də görüldüyünü bildirib.

Onun sözlərinə görə, xüsusilə yay aylarında artan taxtabiti təhlükəsi getdikcə kəskinləşir və əhalinin sağlamlığına mənfi təsir göstərməməsi üçün dərman vasitələrində diqqətli olmaq zəruridir.

Qeyd edək ki, 2024-cü il Paris Olimpiadasına ev sahibliyi edəcək Fransanın demək olar ki, hər yerində rast gəlinən taxtabitilərlə bağlı narahatlıqlar artıb, bu həşəratlar hətta məktəblərdə də ortaya çıxıb.

Mənbə: Haber Global

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR