Slimfit
  1. SİYASƏT

"Fransa zirehli maşınlarının Ermənistana çatdırılması, regionda gərginliyi artıracaq" - AÇIQLAMA

"Fransa zirehli maşınlarının Ermənistana çatdırılması, regionda gərginliyi artıracaq" - AÇIQLAMA
Sakura

"Fransa zirehli maşınlarının Ermənistana çatdırılması, regionda gərginliyi artıracaq" - AÇIQLAMA

"Son dövrlər Ermənistanın müxtəlif güc mərkəzləri tərəfindən silahlandırılması və Ermənistana siyasi dəstəyin göstərilməsi prosesinin geniş vüsət aldığını müşahidə edirik. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Cozef Borrelin tamamilə qəbulolunmaz bir çıxışını da izlədik. Digər tərəfdən, Gürcüstan vasitəsilə Fransa zirehli maşınlarının Ermənistana çatdırılması prosesi regionda gərginliyin artırılmasına xidmət edir".

Ens.az-ın məlumatına əsasən,bu sözləri Redaktor.az-a açıqlamasında politoloq İlyas Hüseynov Avropa və Amerikanın Ermənistana dəstəyini şərh edərkən deyib.

Onun sözlərinə görə, xüsusilə Avropa və Amerika tərəfindən müxtəlif siyasi dəstəyin Ermənistana göstərilməsi əlbəttə ki, geopolitik hadisələrlə bağlıdır və Cənubi Qafqazda Rusiya və Qərb qarşıdurması özünü göstərməkdədir:

"Baxmayaraq ki, burada Azərbaycana yönəlik də bəzi fikirlər səslənir, əsas etibarilə bu, regiondan Rusiyanın sıxışdırılıb çıxarılması, Rusiyanın mövqelərinə zərbə vurulması ilə bağlı bir proses kontekstində dəyərləndirilməlidir. Eyni zamanda, bütün bunlar Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsinə mənfi təsir göstərir və Ermənistanda revanşizm əhval ruhiyyəsi bununla güclənir. Ermənistan öz geopolitik vektorunu dəyişərək daha çox Rusiyadan ayrılmaqla Qərbin dəstəyinə ümid edir və bu dəstək siyasi çalarlarla özünü göstərir. Fransa timsalında hərbi dəstəyə çevrilməkdədir. Eyni zamanda, Ermənistan Rusiyanın iştirakı ilə həyata keçirilən bütün müstəvilərdə təmaslardan, danışıqlardan da imtina edir. Müstəqil Dövlətlər Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi Birliyində keçirilən bütün görüşlərdən, platformalardan imtina etməklə Qərbin təlimatçılarının sifarişlərini yerinə yetirir. Bununla da Rusiyadan bir qədər də uzaqlaşmaq siyasətini nümayiş etdirir. Düşünür ki, bununla Qərb kifayət qədər Ermənistana dəstək göstərəcək. Bir daha da qeyd etmək istəyirəm ki, bu da regionda gərginliyin yeni mərhələyə qalxmasına səbəb olur və yekun sülh müqaviləsinin imzalanması ilə bağlı problemləri ortaya çıxardır".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR