Slimfit
  1. CƏMİYYƏT

Fransa vətəndaşının Azərbaycanda casusluğa görə saxlanılması təsdiqləndi – Atası danışdı

Fransa vətəndaşının Azərbaycanda casusluğa görə saxlanılması təsdiqləndi – Atası danışdı
Sakura

Fransa vətəndaşının Azərbaycanda casusluğa görə saxlanılması təsdiqləndi – Atası danışdı

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullaeyva Fransa vətəndaşı Martin Rayanın casusluq ittihamı ilə Azərbaycanda həbs edildiyini təsdiqləyib.

Ens.az Yeniavaz.com-a istinadən xəbər verir ki,  o bu barədə AFP-yə (Agence France-Presse) açıqlama verib.

“Casusluq hərəkətləri törətməkdə şübhəli bilinən Fransa vətəndaşı Martin Rayan 2023-cü il dekabrın 4-də həbs edilib”, - Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, məhkəmə orqanları M. Rayanın 4 ay müddətinə həbs olunmasına qərar verib.

O, həbs baş tuttan kimi bu barədə Fransanın Bakıdakı səfirliyinə məlumat verildiyini əlavə edib.

Saxlanılan şəxsin atası Riçard Rayan ailə üzvlərinin onunla danışdığını bildirib.

“Biz onunla dörd dəfə danışdıq, hər dəfə iki dəqiqə. O deyir ki, onunla yaxşı rəftar olunur və vəkili ilə yaxşı münasibətdədir”, - deyə o bildirib.

Atasının sözlərinə görə, Rayan onun saxlanmasının iki ölkə arasındakı gərginliklə bağlı olduğuna inanır.

Xatırladaq ki, ötən gün fransız jurnalist Leo Nikolyan Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin əməkdaşlarının Azərbaycanda əməkdaşlıq etdiyi Martin Rayanın Bakıda saxlanılması barədə məlumat yayıb.

Qeyd edək ki, ötən ay Qərb mətbuatında Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsinin Azərbaycanda ifşa olunmasına dair məlumatlar yayılıb.

Dekabrın 26-da isə Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb və ona Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib, onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.

Həmçinin həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.

Onu da bildirək ki, Fransa vətəndaşı Martin Rayan 9 oktyabr 2020-ci il tarixində Azərbaycanda dövlət qeydiyyatına alınan “Merkorama” MMC-nin qanuni təmsilçisi olub.

Bu barədə aşağıdakı keçiddən ətraflı məlumat ala bilərsiniz:

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR