Slimfit
  1. DÜNYA

Fransa tənzimləyicisi Led lampalarının gözə zərəri barədə xəbərdarlıq edib

Fransa tənzimləyicisi Led lampalarının gözə zərəri barədə xəbərdarlıq edib
Sakura

Fransa tənzimləyicisi Led lampalarının gözə zərəri barədə xəbərdarlıq edib

Fransanın, qida məhsulları, ətraf mühit və əmək sahəsində sağlamlıq risklərinin qiymətləndirilməsi ilə məşğul olan Qida, Ətraf mühitin qorunması, Gigiyena və Əməyin təhlükəsizliyi (ANSES) agentliyi bu həftə açıqlama verib ki, Led lampalarının  ötürdüyü “mavi işıq” buna qarşı həssaslığı olan gözün torlu qişasının zədələnməsinə və normal yuxu ritminin pozulmasına yol aça bilər.

Yeni araşdırmanın nəticələri, bu barədə əvvəllər də təsdiqlənmiş təhlükəni təsdiqləyib: “ Led işıqlarının güclü təsiri “fotozərərlidir” və gözün torlu qişa hüceyrələrinin sağalmaz xəstəliyinə və görmənin zəifləməsinə yol aça bilər”, bu barədə ANSES xəbərdarlıq edib.

400 səhifəlik hesabatında agentlik Led radiasiyasına məruz qalma normalarına nəzarət etməyi məsləhət görüb və bildirib ki, hətta evdə və ya işdə az rast gəlinən hal olsa belə, bu nəzarət  lazımdır.

Hesabatda güclü Led işığının intensiv təsiri ilə az intensivli işıq mənbələrinin  sistematik təsiri arasındakı fərq göstərilib.

Agentliyin gəldiyi qənaətə görə, hətta ən az təhlükəli olan aşağı intensivli işıq mənbələrinin sistematik təsiri də “gözün torlu qişa hüceyrələrinin qocalmasını sürətləndirə və görmənin zəifləməsinə, həmçinin, “yaş makulyar degenerasiyası” kimi bəzi degenerativ xəstəliklərin yaranmasına gətirib çıxara bilər”.

Araşdırma aparan ekspert qrupunun rəhbəri, oftalmoloq Francine Behar-Cohen jurnalistlərə verdiyi açıqlamada bildirib ki, mobil telefonların, planşetlərin və noutbukların Led işıqlı ekranları gözə zərərli deyil, çünki onların işığı digər tip işıqlandırmalara nisbətdə çox zəifdir.

Bununla belə, arxa işıqlandırmalı ekrana sahib belə cihazların xüsusən də günün qaranlıq saatlarında istifadəsi yuxusuzluğa səbəb olan bioloji ritm pozğunluğuna yol aça bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR