Slimfit
  1. AZƏRBAYCAN

Fransa şirkəti Bakı metrosunda 4 müasir təhlükəsizlik sistemi qurur

Fransa şirkəti Bakı metrosunda 4 müasir təhlükəsizlik sistemi qurur
Sakura

Fransa şirkəti Bakı metrosunda 4 müasir təhlükəsizlik sistemi qurur

Ötən müddət ərzində Bənövşəyi xəttin istismara verildiyi dövrdə tətbiq ediləcək vahid sistemin mərhələlərlə quraşdırılmasına başlanılıb.

"Report" xəbər verir ki, gələcəkdə metropolitenin bütün infrastrukturunun SCADA sistemlərinə keçilməsi təmin ediləcək.

Məlumata görə, hazırda Bənövşəyi xətdə "Thales" şirkətinin 4 sistemi quraşdırılır.

"Bunlar qatarların hərəkətinə nəzarəti təmin edən mikroprosessor sistemi, Bənövşəyi xətti əhatə edən, lakin gələcəkdə bütün metropoliteni əhatə edəcək dispetçer idarəetməsi, qatar dispetçeri ilə maşinist rabitəsini təmin edən "Tetra" radiorabitə sistemi, mühəndis-texniki qurğuları və eskalatorların idarə edilməsini təmin edən sistem və avadanlıqdır. Artıq bu sistemin tərkib hissəsi olan mikroprosessor idarəetməsi və "Tetra" rabitə sistemi fəaliyyət göstərir", - məlumatda bildirilir.

Qeyd edək ki, Bakı metrosunun mövcud Yaşıl və Qırmızı xətlərində qatarların hərəkəti SAT-ALİ (sürəti avtomatik tənzimlənmə, avtomatik lokomotiv idarəetmə) sistemləri əsasında həyata keçirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR