Slimfit
  1. DÜNYA

Fransa sərhədlərini açır

Fransa sərhədlərini açır
Sakura

Fransa sərhədlərini açır

Fransa hökuməti iyunun 15-də Avropa İttifaqı (Aİ) ölkələrindən və bir sıra digər Avropa ölkələrindən gələn səyahətçilər üçün sərhədlərinin açılmasına qərar verib.

TASS bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş məlumata istinadla xəbər yayıb.

 

Aİ ölkələrindən, həmçinin Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, İsveçrə və Vatikandan gələnlərin hamısı üçün məhdudiyyətlərin aradan qaldırıldığı bildirilir. Sadalanan ölkələrin vətəndaşlarına koronavirusa yoluxmadıqları haqqında sənədin təqdim edilməsi, eyni zamanda 14 günlük karantin qaydası şamil olunmur.

İstisnalar da var. Məsələn, İspaniya və Böyük Britaniyadan gələnlər iki həftə karantində qalmalı olacaqlar. İspaniyalı turistlər üçün bu məhdudiyyət iyunun 21-dək qüvvədə olacaq.

Fransa 1 iyuldan etibarən Şengen ölkələrinin xarici sərhədlərinin tədricən açılacağını da elan edib.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR