Slimfit
  1. AZƏRBAYCAN

Fransa radiosunda Dağlıq Qarabağ münaqişəsindən danışılıb

Fransa radiosunda Dağlıq Qarabağ münaqişəsindən danışılıb
Sakura

Fransa radiosunda Dağlıq Qarabağ münaqişəsindən danışılıb

Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfərinin əsas məqsədləri siyasi dialoqun və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə təkan verdi. İkitərəfli əməkdaşlığın yeni imkanlarının müəyyən edilib əməkdaşlığın genişləndirilməsi müzakirə olundu. İki ölkə arasında 4 müqavilə imzalandı. Səfər çərçivəsində keçirilən görüşlərdə ölkəmizdəki bütün sektorların fransız şirkətlərinə açıq olduğu diqqətə çatdırılıb. Ölkələrimizin real iqtisadi potensialı ilə müqayisədə ticari mübadilənin səviyyəsinin qənaətbəxş olmadığı bildirilib. Fransız şirkətləri Azərbaycanın logistik imkanlarından bəhrələnə bilər. Ölkəmizin Şimal və Cənub, eləcə də Avropa ilə Asiya arasında körpü rolu oynadığı bir daha vurğulanıb.

Bu fikirləri Fransadakı səfirimiz Rəhman Mustafayev bu ölkənin “Radio Courtoisie“ radiosunda çıxışında söyləyib. O, Azərbaycan-Fransa münasibətlərindən, Azərbaycanın Birinci vitse-prezidentinin Fransa səfəri, Avropa İttifaqı ilə əlaqələrimiz, Dağlıq Qarabağ münaqişəsi və münaqişənin həlli ilə bağlı vəziyyət, xalqların öz müqəddəratını həll etmək prinsipindən, Minsk qrupunun rolundan danışıb. O, xalqımızın yaşadığı sevinci vurğulayaraq, artıq Azərbaycan əhalisinin sayının 10 milyonu keçdiyini bildirib.

Səfir çıxışının əvvəlində Paris Məryəm Ana kilsəsində baş vermiş yanğınla bağlı kədərini ifadə edərək fransızlarla həmrəyliyini bildirib. Diqqətə çatdırıb ki, kilsənin dəhşətli yanğına məruz qalması böyük faciədir və bunu sözlə ifadə etmək çətindir. Müharibələr zamanı belə kilsəyə toxunulmamışdı, o qoruyub saxlamışdı. Parisin döyünən qəlbi olan bu kilsə bütün bəşəriyyətə, mədəniyyətlərə məxsusdur. Səfir qeyd edib ki, Azərbaycan Prezidenti kilsədə baş vermiş yanğınla bağlı fransızların kədərinə şərik, onlarla həmrəy olduğunu bildirib.

İki ölkə arasında ikitərəfli əlaqələrin inkişafından söz açan səfir siyasi dialoqun müntəzəm xarakterindən, regional təhlükəsizlikdən, iqtisadiyyat və sərmayə sahələrindəki böyük layihələrdən danışaraq Cənubi Qafqazda ölkəmizin Fransanın əsas ticari tərəfdaşı olduğunu diqqətə çatdırıb. Desantralizasiya sahəsində sıx əlaqələrdən, mədəniyyət, təhsil, elm sahələrindəki əlaqələr sayəsində Bakının regional fransız dili mərkəzinə çevrilməsindən danışıb.

Azərbaycan-Avropa İttifaqı (Aİ) əlaqələrinə toxunan diplomat bu münasibətlərin ölkəmizin əsas inkişaf mehvərlərindən olduğunu qeyd edib. Bakının Aİ üçün vacibliyindən, möhkəm iqtisadiyyatı və siyasi stabilliyi olan ölkəmizin regionun lider dövləti olmasından söz açıb. Ölkəmizin Avropa İttifaqını Mərkəzi Asiya və Qafqazla birləşdirən layihələr həyata keçirdiyini diqqətə çatdırıb. Avropa İttifaqının qaz təchizatının şaxələndirilməsi və enerji təhlükəsizliyinin təmin edilməsi üçün Cənub Qaz Dəhlizi layihəsindən, Çin və Avropa istiqamətində ticarət daşımalarının daha sürətli, səmərəli və ucuz olması üçün ölkəmizin Qədim İpək Yolunu aktivləşdirməsindən danışıb.

Bildirib ki, Azərbaycan çox mürəkkəb geosiyasi məkanda yerləşir. Regionda stabilik yaradır. Dünyəvi müsəlman ölkəsidir. Avropa və müsəlman dünyası arasında dialoq və əməkdaşlığa böyük töhfə verir.

Səfir Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Vyanada ATƏT-in Minsk qrupunun himayəsi altında tərəflər arasında keçirilən konsultasiyanın əhəmiyyətindən danışıb. Sülh üçün münasib mühitin yaradılması, danışıqlar prosesində konkret nəticələr əldə edilməsi üçün praktiki tədbirlərin görülməsi diqqət mərkəzində olub. Bu, təmas xəttində təcavüz və təxribatın rədd edilməsini, xalqlar və vətəndaş cəmiyyətləri arasında dialoqa başlanmasına yol açır. 30 ildir ölkəmizin hər iki xalqın intellektlərinin qarşılıqlı səfərlərinin təşkili, dialoqa başlanılması kimi təkliflərin qarşı tərəfdən dəstəklənmədiyi qeyd edilib. Hətta Vyana sammitindən sonra Ermənistan müdafiə nazirinin yeni ərazilər işğal etməklə bağlı müharibə hədələri ilə dolu çıxış etdiyi diqqətə çatdırılıb.

Xalqların öz müqəddəratını təyinetmə prinsipinə gəldikdə isə səfir qeyd edib ki, artıq 1991-ci ildə erməni xalqı öz müqəddəratını həll edib və sovetlərin dağılmasından sonra müstəqil respublikasını elan edib.

Beynəlxalq hüquq xalqlara milli birliyini və suveren dövlətin ərazi bütövlüyünü pozmaq məqsədi ilə öz müqəddəratını təyinetmə hüququndan istifadə etməyə icazə vermir. BMT-nin Baş Assambleyasının qətnaməsi bu prinsipin aydın şəkildə izahını verir və bununla bağlı qeyd edir ki, xalqların öz müqəddəratını təyinetməsi prinsipi “hər hansı bir suveren və müstəqil dövlətin ərazi bütövlüyünü tamamilə və ya qismən parçalayan və ya təhdid edən hər hansı bir fəaliyyətə icazə verməməli və ya onu təşviq etməməlidir...”.

Bu prinsipin həyata keçirilməsi insanların öz doğma yurdundan didərgin salınması və ya etnik təmizləməyə məruz qalması ilə ziddiyyət təşkil edir. Xatırladıb ki, erməni rəhbərləri Dağlıq Qarabağ əhalisinin 24 faizini və ya 40 min azərbaycanlını doğma evindən didərgin salıb və Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayondan 700 min azərbaycanlı qovulub. Etnik təmizləmə şəraitində bu hüquq tələb edilə bilməz və bu, beynəlxalq hüquqa tam ziddir.

Münaqişənin insan hüquqları aspektinin əhəmiyyətinə toxunan səfir bildirib ki, münaqişə nəticəsində qaçqın və məcburi köçkün düşmüş insanların hüquqlarına etinasızlıq göstərilməməlidir. Onların da hüquqlarına riayət edilməli və hüquqları Aİ-dən olan tərəfdaşlarımızın və insan haqları müdafiəsi təşkilatlarının diqqət mərkəzində olmalıdır.

Şəhla Ağalarova

 

Mənbə: Strategiya.az

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR