Fransa Qarabağa 10 yük maşını göndərir: onlar da gəlir...
Fransa Erməni Təşkilatları İttifaqının (CCAF) xahişi ilə Paris meri Fransanın regional icmalarını Qarabağa “humanitar karvan” təşkil etməyə çağırmaq təşəbbüsü ilə çıxış edib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Fransadakı Erməni Təşkilatları İttifaqının həmsədri Murad Papazyan Feysbuk səhifəsində məlumat verib.
“Layihə İl-de-Frans, Overn-Rona-Alpı, O-de-Frans, Provens-Alpı-Côt-d'Azur və Fransanın çoxsaylı şəhərləri tərəfindən maliyyələşdirilir.
Avqustun 30-da günorta saatlarında Laçın yoluna çatacaq bu karvanı Ann İdalqo, Ksavye Bertran, Bruno Retayo, Janna Barseqyan, habelə Patrik Karam və Mişel Rubirola şəxsən müşayiət etmək qərarına gəliblər”, - o bildirib.
Papazyan Fransa və Avropa hakimiyyət orqanlarından zəruri məhsulları olan 10 yük maşınının Azərbaycan sərhəd-keçid məntəqəsindən keçib, təyinat yerinə çatması üçün xüsusi diplomatik vasitələrdən istifadə etməyi xahiş edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət