Dərc edildi: Baxış sayı: 322
Fransa ordusu Ukraynada döyüşür – Şok iddia
Fransa öz xarici legionundan Ukraynaya əsgər göndərib.
Ens.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin keçmiş köməkçisi Stiven Brayan “Asiya Tayms”dakı məqaləsində yazıb.
O bildirib ki, hazırda həmin hərbi qruplaşma Donbasda döyüşlərə başlayıb.
“Onlar Slavyanskda Ukrayna Silahlı Qüvvələrinin mexanikləşdirilmiş 54-cü briqadasına dəstək məqsədilə yerləşdiriliblər. Həmin legion Donbasda rus ordusuna qarşı döyüşlərə qatılıb”, – o qeyd edib.
Brayan vurğulayıb ki, Moskva Ukraynada əcnəbi əsgərlərin sayının artması ilə barışmayacaq və ağır zərbə endirəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət