Slimfit
  1. SİYASƏT

Fransa müstəmləkəçiliyi bugünədək davam edir - Martinika Azadlıq Partiyasının nümayəndəsi

Fransa müstəmləkəçiliyi bugünədək davam edir - Martinika Azadlıq Partiyasının nümayəndəsi
Sakura

Fransa müstəmləkəçiliyi bugünədək davam edir - Martinika Azadlıq Partiyasının nümayəndəsi

Fransa müstəmləkəçiliyi bugünədək davam edir.

Ens.az Trend -ə istinadən xəbər verir ki, bunu “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda keçirilən konfransda çıxışında Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol deyib.

"Milyonlarla insan Afrikadan Qəraib bölgəsinə qovulub. Bu gün Amerika qitəsində ən talesiz qrupların Afrika qitəsindən gəldiyini görürük. Ədalətsizliyin olduğunu qəbul edən təşkilatlar tədbir görməyə çağırır, lakin Fransa bu mövzunu müzakirə etmək istəmir", - deyə o vurğulayıb.

Qeyd edək ki, bu gün Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans öz işinə başlayıb. Konfransda 14 ölkədən, eləcə də, Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin (Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa), həmçinin, Korsika təmsilçiləri də iştirak edir.

Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.

BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR