Slimfit
  1. DÜNYA

"Fransa milli hüquqlarını tələb edən aktivistlərə qarşı total hücumlar həyata keçirir"

"Fransa milli hüquqlarını tələb edən aktivistlərə qarşı total hücumlar həyata keçirir"
Sakura

"Fransa milli hüquqlarını tələb edən aktivistlərə qarşı total hücumlar həyata keçirir"

Fransa neçənci dəfədir ki, öz təbii və milli hüquqlarını tələb edən aktivistlərə qarşı total hücumlar həyata keçirir.

Ens.Az bildirir ki,  bunu Trend-in suallarını cavablandırarkən Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, ekspert Tural İsmayılov deyib.

O qeyd edib ki, bu gün Fransanın insan haqları fəallarına qarşı keçirdiyi represiyalar bu ölkənin ədalətdən, insan halqarından danışan simasızlığını növbəti dəfə nümayiş etdirir.

"Bu günə qədər də Fransa müstəmləkələrindəki özbaşınalığa, ədalətsizliyə, qanunsuzluğa qarşı etiraz edən fəallar Fransanın hüquq-mühafizə orqanları tərəfindən total basqılara və represiyalara məruz qalıblar. Təəssüflər olsun ki, dünyanın bir sıra siyasi mərkəzləri Fransanın həyata keçirdiyi bu hüquqdan kənar hücumlara və eyni zamanda qanunsuz hərəkətlərə göz yumur. Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxan siyasi fəal Kemi Sebanın həbs edilməsi və buna qarşı dünyanın hüquq müdafiə təşkilatlarının səssiz qalması riyakarlığın göstəricisidir. Başqa vaxtı ayrı-ayrı ölkələrə qarşı bəhanələrlə, ittihamlarla hücum edən qərb dövlətləri Fransada öz təbii haqlarını tələb edən insan haqları fəallarına qarşı həyata keçirilən represiyalara göz yumur və heç bir addım atmır. Kemi Sebanın həbsi ana dili hüquqları da daxil olmaq üzrə, bir sıra azadlıqları tələb edən insan haqları fəallarına qarşı Fransanın yanaşmasını növbəti dəfə göstərmiş olur", - deyə o qeyd edib.

Trend-in suallarını cavablandıran politoloq İlyas Hüseynov isə bildirib ki, Fransa dövləti öz ənənəsinə sadiq qalaraq, müxtəlif şəxsləri təqib edir, siyasi repressiyalar icra olunur.

O qeyd edib ki, xüsusilə Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxan şəxslər xüsusi amansızlığa məruz qalırlar.

"Dənizaşırı ərazilərdə müstəqillik uğrunda mübarizə aparan şəxslərin Fransanın çirkin fəaliyyitnin qurbanı olması dəfələrlə müşayiət edilib. Hazırki dövrdə Kemi Seba Fransa polisləri tərəfindən saxlanılıb. Dünyada özünü demokratiya carçısı kimi təqdim edən Makron administrasiyası ilk növbədə öz əməllərinə nəzər salmalı, məkrli siyasəti ətrafında düşünməlidir.

Xalqların azadlıq sevgisi boğulmamalıdır. Xüsusilə siyasi çəkiyə, ictimai nüfuza malik şəxslərin təqib olunması Fransa dövlətinə başucalığı gətirmir. Əksinə Fransa haqqındakı mifik təffəkürləri alt-üst edir. Bununla Fransa iç üzünü göstərmiş olur. Bu addımlar Fransaya qarşı olan müqaviməti daha da gücləndirir və nəticədə Fransanın həm siyasəti ifşa olur, həm də onun müstəmləkəçilik siyasətinə qarşı olan qüvvələr həmrəylik nümayiş etdirirlər", - deyə o əlavə edib.

Xatırladaq ki, 3 oktyabr tarixində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Afrikada Fransanın Neokolonializm siyasətinə" həsr edilmiş beynəlxalq konfrans keçirilib. Kemi Seba sözü gedən konfransda iştirak edib.

Qeyd edək ki, Kemi Seba Afrikanın müstəqilliyi, suverenliyi və neo-kolonial güclərə qarşı mübarizə hərəkatının simvolik liderlərindən biri kimi tanınır. O, eyni zamanda Fransız neo-müstəmləkəçiliyinin əsas tənqidçilərindən biridir. 1981-ci ildə Fransanın Strasburq şəhərində anadan olmuş K.Seba Fransanın iyrənc müstəmləkəçilik siyasətinin Afrika ölkələrinə, habelə Fransanın hələ də əsarəti altında olan dənizaşırı ərazilərinə vurduğu ziyanı açıq və kəskin şəkildə tənqid etməsi və pisləməsi nəticəsində Fransanın "qara siyahı"sına salınıb.

 

Fransa K.Sebanı susdurmaq üçün bir neçə dəfə həbs etmiş, lakin istədiyinə nail olmadığı üçün onu fransız vətəndaşlığından məhrum etmiş və bununla da, onu sürgünçülük həyatına məruz qoymağa cəhd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR