Slimfit
  1. DÜNYA

Fransa hökuməti Yaponiyadan iki avtomobil şirkətinin birləşdirilməsini tələb etdi

Fransa hökuməti Yaponiyadan iki avtomobil şirkətinin birləşdirilməsini tələb etdi
Sakura

Fransa hökuməti Yaponiyadan iki avtomobil şirkətinin birləşdirilməsini tələb etdi

Fransa hökuməti Yaponiyadan hazırda alyansda fəaliyyət göstərən “Renault” və “Nissan” şirkətlərini vahid holdinqdə birləşdirməyi tələb edir. Bu barədə Yaponiyanın iqtisadi dairələrində böyük nüfuza malik “Nikkey” qəzetinin bazar günü nömrəsində dərc edilən məqalədə bildirilir.

Qeyd edilir ki, müvafiq tələb Fransa nümayəndə heyətinin ötən həftə Tokioya baş tutan səfəri zamanı səslənib. Nümayəndə heyətinin tərkibinə Fransa Dövlət İştirakı Agentliyinin baş direktoru Marten Vial və İqtisadiyyat Nazirliyinin kabinet rəhbəri Emmanuel Mulen daxil olublar. Bundan əlavə, onlar həbs olunan Karlos Qonun yerinə yeni sədrin təyin ediləcəyini də bildiriblər. “Nissan” şirkətinin səhmlərinin 43,4 faizinə sahib olan Fransa tərəfi tərəfdaşlıq barədə müqaviləyə əsasən belə bir səlahiyyətə malikdir.

Nəşrin bildiridiyinə görə, iki avtomobil istehsalı şirkəti arasında mürəkkəbləşən münasibətlər fonunda “Renault” şirkəti birləşmə istiqamətində təzyiqləri artırır. Fransa hökumətinin “Renault” şirkətinin səhmdarı olmasını nəzərə alan “Nissan” bunun əleyhinə çıxış edir. Çünki bu, Fransa hökumətinə yapon şirkətinin siyasətinə müdaxilə etmək imkanı yaradacaq. Bununla yanaşı, yaxın zamanlarda “Renault” şirkətinin yeni rəhbərinin də təyin ediləcəyi gözlənilir və onun Fransa hökumətinin göstərişi ilə yapon tərəfi ilə danışıqlarda daha kəskin mövqe tutacağı güman olunur. Qeyd edilir ki, K.Qon da həbsi ərəfəsində iki şirkətin birləşdirilməsi ideyasını həyata keçirməyi planlaşdırırmış.

Xatırladaq ki, hazırda “Renault” şirkəti “Nissan”ın səhmlərinin 43,4 faizinə malikdir və bu, ona şirkətin Direktorlar Şurasının üzvlərini, eyni zamanda, şirkətin rəhbərini təyin etmək səlahiyyəti verir. “Nissan” isə “Renault” şirkətinin səhmlərinin yalnız 15 faizinə malikdir və buna görə də onun səsvermə hüququ yoxdur.

 

Mənbə: Virtualaz.org

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR