Slimfit
  1. SİYASƏT

Fransa Azərbaycanın təklif etdiyi sülh müqaviləsini alqışlayır - Fransa xarici işlər naziri

Fransa Azərbaycanın təklif etdiyi sülh müqaviləsini alqışlayır - Fransa xarici işlər naziri
Sakura

Fransa Azərbaycanın təklif etdiyi sülh müqaviləsini alqışlayır - Fransa xarici işlər naziri

Biz minalardan təmizləmə məsələlərinə dəstəyimizi veririk. Bilirik ki, bu sizin ölkənizin qarşısında bir çağırışdır.

Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Fransanın xarici işlər naziri Ketrin Kolonna Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Fransa minalardan təmizləmə ilə bağlı Azərbaycana dəstək göstərib.

"Görüləcək işlər çoxdur. danışıqlar sabit sülhə aparan yeganə yoldur. Biz istərdik ki, hər iki ölkə bu yolda getsin. Regionda sülh üçün şərait var. Azərbaycan sülh müqaviləsi təklif etdi və biz bunu alqışladıq. Bununla bağlı planlar müştərək hazırlanmalıdır. Azərbaycan və Ermənistan bir-birilərinin suverenliyini və ərazi bütövlüyünü tanısınlar. Sülh sazişinə nail olmaq lazımdır. Biz bu səyləri bütün mümkün variantlarda dəstəkləyəcəyik", - K.Kolonna deyib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR