Slimfit
  1. İQTİSADİYYAT

Fransa-Azərbaycan işgüzar görüşü keçirilib

Fransa-Azərbaycan işgüzar görüşü keçirilib
Sakura

Fransa-Azərbaycan işgüzar görüşü keçirilib

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Fransa Sahibkarlar Təşkilatı (MEDEF) və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə vebinar formatında işgüzar görüş keçirilib. 

Ens.az xəbər verir ki, "Report"un Nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə nazir Mikayıl Cabbarov, hər iki ölkənin aidiyyəti dövlət qurumlarının nümayəndələri və iş adamları iştirak ediblər.

M.Cabbarov təşkil edilmiş tədbirin iki ölkənin biznes nümayəndələri arasında əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparmaq üçün əlverişli platforma olduğunu qeyd edib. O, diqqətə çatdırıb ki, Azərbaycanda beynəlxalq əməkdaşlığa, o cümlədən Fransa ilə əlaqələrə böyük önəm verilir. Ölkələrimiz dünyanı bürümüş pandemiya şəraitində belə, tərəfdaşlığı daha yüksək səviyyəyə çatdırmaqda qərarlıdırlar. Bu baxımdan MEDEF-in və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının tərəflər arasında biznes əlaqələrinin inkişafında səyləri təqdirəlayiqdir.

Nazir vebinar iştirakçılarına Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatlar, iqtisadiyyatın liberallaşdırılması tədbirləri, əlverişli biznes və investisiya mühiti, Beynəlxalq Maliyyə Korporasiyasının ekspertlərinin iştirakı ilə investisiya fəaliyyəti ilə bağlı hazırlanan yeni qanun layihəsi, birbaşa xarici investisiyaların təşviqinə dair strategiya və s. barədə ətraflı məlumat verib.

Azərbaycan-Fransa iqtisadi əməkdaşlığı barədə danışan M.Cabbarov qeyd edib ki, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən sənaye, enerji, ticarət, xidmət, kənd təsərrüfatı və s. sahələrdə 65 Fransa şirkəti fəaliyyət göstərir.

Ölkələrimiz investisiya sahəsində də uğurlu əməkdaşlıq edir. İndiyədək Azərbaycan tərəfindən Fransa iqtisadiyyatına 2,1 milyard ABŞ dolları, Fransa tərəfindən isə Azərbaycana 2,2 milyard ABŞ dolları sərmayə yatırılıb. Fransa şirkətləri Azərbaycanda dövlət investisiyaları hesabına həyata keçirilən və dəyəri 2,1 milyard ABŞ dolları olan qeyri-neft layihələrində podratçı kimi də iştirak edirlər.

Koronavirus (COVİD-19) pandemiyasının mənfi təsirlərini qeyd edən nazir vurğulayıb ki, qlobal böhran və neftin qiymətinin kəskin aşağı düşməsi şəraitində dünya iqtisadiyyatı, xüsusilə də neft ölkələrinin iqtisadiyyatı yeni çağırışlarla üz-üzədir. M.Cabbarov Azərbaycan hökumətinin pandemiya və qlobal böhran situasiyasına çevik reaksiya verdiyini, makroiqtisadi stabilliyin qorunması üzrə sistemli və operativ təbdirlər görüldüyünü bildirib. O, qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə vaxtında görülən çoxşaxəli qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə koronavirusa yoluxma halları məhdudlaşdırılıb. İnsanların sağlamlığının qorunması ilə yanaşı, pandemiyanın milli iqtisadiyyata təsirlərinin azaldılması məqsədilə müvafiq Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına əsasən, zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və muzdlu işçilərə maliyyə dəstəyinin göstərilməsi , iş yerlərinin qorunması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilir. İqtisadiyyat naziri Tədbirlər Planında iqtisadi dayanıqlığın təmin edilməsi ilə yanaşı, iqtisadi artımın yeni modelinin tətbiqinin əsas hədəflərdən olduğunu da diqqətə çatdırılıb.

Nazirin sözlərinə görə, 2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanda ÜDM 3%, ilin ilk rübündə 1,1%, qeyri-neft sektoru ilin ilk 2 ayında 7%-ə yaxın, birinci rübdə isə 3%-dən çox artıb. Azərbaycan daha güclü qeyri-neft sektoru formalaşdırmaq və neftdən asılılığı azaltmaq üçün iqtisadi şaxələndirmə və qeyri-neft iqtisadiyyatının inkişafı, həmçinin iqtisadiyyatın qlobal təsirlərə davamlılığını artırmaq üçün məqsədyönlü siyasət həyata keçirir.

"Hazırda dünya iqtisadiyyatı yeni imkanlar vəd edən rəqəmsallaşma prosesindədir. Buna görə də iqtisadiyyatın rəqəmsallaşması uzunmüddətli məqsəd kimi qarşıya qoyulub" deyən M.Cabbarov vurğulayıb ki, Azərbaycanın məqsədi rəqəmsal iqtisadiyyat qurmaqdır və ölkəmiz bu məsələdə Fransa ilə də əməkdaşlığa açıqdır. Bu kontekstdə Azərbaycanda Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzinin filialının yaradılması xüsusi əhəmiyyət kəsb edir.

Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini bildirən MEDEF-in baş icraçı direktoru Filipp Qotye təmsil etdiyi qurumun nümayəndə heyətinin ötən ilin iyulunda ölkəmizə səfərini, nümayəndə heyətinin Prezident İlham Əliyev və I vitse-prezident Mehriban Əliyeva tərəfindən qəbul olunduğunu, keçirilmiş Azərbaycan-Fransa biznes forumunu, eləcə də imzalanmış sənədləri xatırladıb. F.Qotye Azərbaycanda əlverişli biznes və investisiya mühitini, ölkəmizin cəlbedici turizm ölkəsi, bir sıra rəqabətqabiliyyətli məhsulların istehsalçısı olduğunu vurğulayıb, pandemiya ilə mübarizə və iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri barədə fikirlərini bölüşüb.

İclasda digər iştirakçılar pandemiya və neftin qiymətinin kəskin aşağı düşdüyü hazırkı şəraitdə iqtisadi diversifikasiya və dayanıqlılığın gücləndirilməsi, iqtisadi inkişafın davamlılığını təmin edə biləcək qeyri-neft layihələrinə, Fransa şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bildiriblər.

Vebinarda bank və maliyyə sektoru, kənd təsərrüfatı, İKT, innovasiyaların tətbiqi, nəqliyyat-tranzit və s. sahələrdə tərəfdaşlığın inkişafı perspektivləri barədə müzakirələr aparılıb. Görüşdə Azərbaycanın və Fransanın səfirləri də iştirak ediblər.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR