Slimfit
  1. ƏDƏBİYYAT

Frans Kafka - Kənd həkimi

Frans Kafka - Kənd həkimi
Sakura

Frans Kafka - Kənd həkimi

Mən çox çıxılmaz vəziyyətdəydim ; təcili getmək lazım idi ; on mil aralıdakı kənddə məni ağır xəstə gözləyirdi ; onunla mənim aramızı dəhşətli çovğun kəsmişdi ; mənim arabam vardı , elə bizim kənd yolları üçün yarayan yüngül və hündür təkərli araba ; əlimdə yol çantası , özüm də kürkə bürünüb getməyə hazır vəziyyətdə həyətdə dayanmışdım ; di gəl , atım yox idi ! Builki sərt qışın ağrı və məhrumiyyətlərinə dözməyən at ötən gecə gəbərmişdi ; qulluqçum kəndi axtarmağa başladı ki , bəlkə biri mənə at verə , lakin gözlədiyim kimi ümidsiz cəhd . Və mən getdikcə sıxlaşan qarın altında hərəkətsizlikdən keyiyərək boş – boşuna dayanıb durmuşdum . Bu da qulluqçum , o təkdir ; hələ darvazanın yanından fanarla mənə işarə edir . Əlbəttə ki , belə bir vaxtda , üstəlik də bu cür yol üçün heç kim atını mənə verməzdi ! Yenə də həyətdə var – gəl etdim , lakin onsuz da ağlıma bir şey gəlmədi . Qayğılı və fikirli halda istifadəsiz qalmış donuz pəyəsinin laxlayan qapısına ayağımla toxundum . Qapı açıldı və rəzələri cırıldadı . Pəyədən hərarətlə birgə elə bil at iyi də gəlirdi . Tavandakı kəndirdə tutqun fənər yellənirdi . Alçaq anbarçada ikiqat bükülüb oturmuş yekəpər bir kişi m.n. sarı çevrilib göy gözlərini üzmə zillədi .

- Əmrinizlə həyərləyimmi ? – deyə o iməkləyə -iməkləyə soruşdu .

Bilmədim ki , ona nə deyim . Fəqət əyildim ki , orada daha nə olduğunu görüm . Qulluqçu qız onun yanında dayanmışdı .

- Varlının heç ağlına da gəlməz ki , onun təəssüratında nə var , nə yox , - qulluqçu qız belə deyən kimi hər ikimiz güldük .

- E – hey , “ Qardaş “ , e – hey , “ Bacıcan !” – deyə mehtər qışqırdı və iki nataraz at ayaqlarını qarınlarına yığıb gözəl başlarını dəvə kimi yellədərək , yumru ombalarını oynadaraq bir –birinin ardınca qapı aralığından ağır – ağır çıxdı . Dərhal da hündür ayaqları üzərində qamətlərini düzəltdilər . Onların parlaq tükləri arasından qatı buğ çıxırdı .

- Ona kömək elə , - dedim . Lütfkar qız da mehtərə yəhər – qayışı vermək üçün tələsdi .

- Ancaq qız təzəcə yaxınlaşmışdı ki , mehtər onu qucaqlayıb üzünü üzünə sıxdı . Qız qışqırıb mənim üstümə atıldı ; onun yanağında iki sıra dişin qırmızı yerləri qalmışdı .

- Heyvanın biri heyvan , qamçı yemək istəyirsən ? – deyə qəzəblə qışqırdım .

- Tezcə də özümü ələ aldım , axı mən bu adamla heç tanış da deyiləm . Heç bilmirəm hardan peyda oldu . Bir kimsə mənə kömək etmədiyi halda , o özü mənə yardım etmək istəyir . Mehtər elə bil ki , fikirlərimi oxuyaraq hədəmi bir qulağından alıb , o birindən ötürdü . Və hələ də atlarla əlləşərək bir anlığa mənə tərəf döndü :

- Əyləşin

Doğurdan da hər şey hazır idi . Bu cür əla qoşqu ilə hələ indiyəcən he yerə getməmişdim , ona görə də həvəslə əyləşirəm .

- Özüm sürəcəyəm , sən yolu tanımırsan , - deyə mən bildirirəm .

- Bəs necə , mən heç sizinlə getməyəcəyəm də , Roza ilə qalacam .

- Yox ! – deyə Roza çığırdı . Və özünün labüd iştirakını qabaqcadan hiss edərək dəhşət içində evə cumur ; mən onun qapını bağladığı zəncirin cingiltisini eşidirəm ; qıfılın necı şaqqıldadığını dinləyirəm ; təqibdən gizlənərək , əvvəlcə dəhlizdə , sobra isə o biri otaqlarda ırağı söndürdüyünü görürəm .

- Sən mənimlə gedəcəksən , yoxsa , mən də getmərəm . Bəlkə elə bilirsən ki , xidmətinin əvəzində qızı sənə verəcəm ?

- Ehey , yelqanadlılar , ! – deyə o qışqırdı , əllərini şaqqıldatdı və güclü axın talaşanı aparan kimi , qoşqu da yerindən götürüldü ; mən mehtərin zərbələrindən ev qapısının necə titrədiyini və dağıldığını hələ də eşidirəm və kəsikin fit səsləri gözümü və qulaqlarımı dolduraraq mənim bütün hissiyatımı korşaldır . Lakin bu , bircə an davam edir ; ətrafa baxmağa macal da tapmadım , çünki artıq lazımi yerdəyəm – elə bil ki , malikanəmin darvazaları xəstənin həyətinə açılırmış ; atlar farağat durublar ; boran sakitləşib ; ay işıq saçır ; xəstənin ata – anası məni qarşılamağa çıxır ; arxalarınca onun bacısı qaçır , məni qoşqudan az qala əllərində çıxarıb aparırlar ; onların pərakəndə izahatlarını başa düşmürəm ; xəstənin otağında bir udum hava da yoxdur , çatlaq – çatlaq olmuş soba tüstüləyir ; pəncərəni açmağı qərarlaşdırıram , lakin əvvəlcə xəstəyə baxmaq istəyirəm . Köynəksiz uzanmış arıq , çəlimsiz bir oğlandır ; hərarəti yaxşıdır , nə az deyil , nə də çox . Gözləri isə donuqdur . Və o , pərqu döşəkdən dikləib boynumu qucaqlayır , astadan pıçıldayır :

- Doktor , mənə ölməyə icazə ver .

Ətrafa baxıram ; heç kim bunu eşitmədi ; valideyinləri səssizcə dayanıb , intizar içində hökmünü gözləyirlər ; bacısı çantamı qoymaq üün stul gətirir ; mən çantanı açıb alətlərlə qurdalanıram ; oğlan çarpayıdan mənə tərəf dartınıb xahişini xatırladır ; maqaşı götürüb şam işığında yoxlayır və yenə yerinə qoyuram . “ Hə , - təhqiramiz hiddətlə fikirləşirəm , - məhz belə hallarda köməyə Allahlar gəlir , onlar əvvəlcə sənə lazım olan atı yollayırlar və sonra da heç bir ehtiyyac olmadan mehtərin üstünə düşürlər ... “ Yalnız indi Rozanı xatırlayıram ; ne etməli , onu necə xilas etməli Ş bu mehtərin altından necə qurtulmalı – şeytanın özünün yuva saldığı evdən on mil aralı , atlarlar ? O atlarla ki , hansı yollasa yan qayışlarını boşaltmış , indi isə pəncərələri , məlum deyil necə taybatay açmışdılar ; hər ikisi başlarını otağa soxub bütün ailədəki çaxnaşmaya baxmayaraq , xəstəni süzürdülər . “ Lap elə indicə evə gedirəm , “ – atlar məni səsləyirmiş kimi qət edirəm , lakin boğanaqdan nəfəsimin kəsildiyini düşünən xəstənin bacısına imkan verirəm ki , kürkümü çıxartsın . Qabağıma bir stəkan rom qoyurlar , qoca çiynimə toxunur – bu cür böyük qurban ona sərbəst davranmaq hüququ verir . Mən başımı yırğalayıram ; bu çəlimsiz qoca ilə məni gözləyən söhbət indidən ürəyimi bulandırır ; yalnız buna görə içməməyə üstünlük verirəm . Anası yatağın yanındadır və işarə ilə məni çağırır ; mən itaətkarcasına başımı xəstənin sinəsinə qoyuram , - bu zaman atlardan biri başını tavana sarı qaldırıb bərkdən kişnəyir , - oğlan da mənim nəm saqqalımla təmasdan titrəyir . Hər şey mənim gözlədiyim kimidir : oölan sağlamdır , fəqət yüngülvari qan azlığı var , qayğıkeş aba səylə na xeyli qəhvə içirdir ; ancaq o sağlamdır , onu yataqdan yumruqla qovmaq lazımdır . Lakin heç kəsə tərbiyyə vermək fikrində deyiləm , qoy başımdan açılsınlar ! Mən buraya rayon hökuməti tərəfindən təyin edilmişəm və lazım olduğundan da artıq vicdanla çalışıram . Mənə qəpik – quruş vermələrinə baxmayaraq , heç canıma da heyfim gəlmədən həvəslə yoxsulların qulluğundayam . Bu yandan da Rozanın qayğısı ; oğlan deyəsən haqlıdır , elə mənim də ölmək vaxtımdır . Sonu görünməyən qış uzunu burda mən nə edim ki ? Atım ölüb , kənddə də heç kəs özününkünü mənə borc verməz .Donuz pəyəsində özüm üçün qoşqu əldə etməyə məcburam ; bu atlar olmasaydı , lap donuzların belində də çapa – çapa gələrdim . Vəziyyətməhz belədir ! Mən başımı yırğalayıram . Onlar dərdimi bilmirlər , danışsam da inanmazlar . Dərman nüsxəsi yazmaq çətin deyil , çətini adamlarla dil tapmaqdır . Bəli , çıxıb getmək vaxtıdır , yenə də əni əbəs yerə narahat ediblər , gecə zınqırovumun köməyi ilə bütün ətraf mənim qəsdimə durur , bu dəfə isə hətta Rozanı , bu sevimli qızı da güzəştə gedəsi oldum ; neçə illərdir mənim evimdədir , mənsə heç ona nəzər də yetirməmişəm – yox – yox , bu qurban həddən ziyadə böyükdür , mən də ən incə dəlilləri işə salıram ki , özümü nə yolla olur olsun , inandırıb sakitləşim və istəsələr belə Rozanı mənə qaytara bilməyəcək bu adamların üstünə atılmayım . Lakin yol çantamı bağlayıb başımla kürkü mənə verməyi xahiş edərkən bütün ev əhli dayanıb gözləyir – ata stəkandakı rom qoxulayır , rom hələ də onun əlindədir , dodaqlarını çeynəyən gözüyaşlı ana qəm dəryasına batıb – bu adamlar nə istəyirlər axı ? – Bacısı isə bütünlüklə qana bulaşmış dəsmalı yelləyir . Şübhələnməyə başlayıram : bəlkə o , doğurdan da xəstədir ? Yaxınlaşıram , oğlan üzümə gülümsəyir , guya mən ona bulyon aparıram ; bu vaxtlar atlar kişnəyir , deyəsən , Allah onları yollayıb ki , xəstəyə baxmaqda mənə öyüd – nəsihət versinlər . Bu zaman görürəm ki , oğlan həqiqətən xəstədir . Sağ budunun üstündə ovuc içi boyda açıq yara var . Çəhrayı rəngin bütün çalarlarını əks edən , ortası tünd , kənarlara tərəf get – gedə açıqlaşan , sızanaqlı və qan laxtaları olan bu yara uzaqdan filiz karxanası kimi görünürdü . Yaxınlaşanda gördüm ki , xəstənin vəziyyəti çox ağırdır . Çeçələ barmaq boyda qana bulşmış çəhrayı qurdlar yaranın içində qurdalanır , çoxsaylı ayaqları üzərində burula – burula ağ başlarını yuxarı qaldırırlar . Yazıq oğlan , sənə yardım etmək olmaz ! Bu ölüm çiçəyi səni məhv edəcək . Bekar dayanmadığımı görən bütün ailə sevinc içindədir . İşə girişdiyimi qız anasına , ana ataya , ata qonşulara xəbər verir , barmaqlarının uclarında onların asta – asta , sevinə - sevinə açıq qapıya necə yaxınlaşdıqları ay işığında aydınca görsənir .

- Məni xilas edəcəksən ? – yarasındakı bu məxluqların dəhşətli görkəmindən sarsılan oğlan hıçqırıq içində pıçıldayır . Bizim tərəfin camaatı belədir . Onlar həkimdən mümkün olmayan şeyi tələb edirlər . İnamdan onlarda əsər - əlamət qalmayıb , keşiş dörd divarın arasında ibadət paltarını didişdirə - didişdirə tək oturub ; möcüzəni həkimdən , carrahın zəif əllərindən gözləyirlər . Nə etmək olar , siz istəyən kimi müqəddəs olmaq mənim heç ağlıma da gəlməyib . Məni öz məsləkinizin qurbanlığına çevirmək istəyirsinizsə , buna da hazıram ; axı öz qulluqçusundan belə məhrum edilmiş köhnə kənd həkimi nəyə ümid edə bilər ki ? Hamı toplaşıb , ailə üzvləri və kənd ağsaqqalları ; onlar soyundururlar məni , müəllimləri başda olmaqla məktəblilər xoru evin qarşısında düzülür və ən sadə melodiyanı oxuyurlar :

Soyundurun onu və o sağaldar ,
Əgər sağaltmasa onu öldürün !
Axı o həkimdir , yalnız həkimdir .

Budur , mən onların qarşısında çılpaq dayanmışam ; barmaqlarımı saqqalımın içinə soxub , başımı yana əyib sakitcə bu adamlara baxıram . Heç nə mənə təsir etmir , özümü onlardan yüksəkdə hiss edir , üstünlüyümə də sevinirəm , mənim üçün asan olmasa da , onlar başımdan və ayaqlarımda tutaraq çarpayıya aparırlar .Məni yara olan tərəfdən divara uzadırlar . Sonra isə hamı otaqdan çıxır ; qapı örtülü ; nəğmə susur ; buludlar ayın qabağını kəsir ; mən isti yorğanın altında uzanıram ; pəncərə oyuqlaırndan uzaqdakı atların başları görünür .

- Bilirsən , - xəstə mənim qulağıma pıçıldayır , - mən heç sənə inanmıram . Sən də mənim kimi bəxtsizsən , elə özün ə ayaq üstə güclə dayanırsan . Köməyin bir yana , ölüm ayağında yerimi də dar elədin . Az qalıram ki , basım gözlərini çıxardam .

- Haqlısan , bu əsl rüsvayçılıqdır ! Hələ üstəlik həkiməm də ! Nə etməli ? İnan ki , mənim üçün də ağırdır .

- İstəyirsən ki , bu cür cavabla razılaşım ? Ancaq taleyim belədir – gərək hər şeylə razılaşam . Valideyinlərim mənə yaxşıca yara bəxş ediblər ; və mənim bütün qazancım budur .

- Gənc dost ! Düz demirsən , ünyagörüşün zəngin deyil . Bu ətrafda müayinə eləmədiyim xəstə qalmayıb ; inan mənə , sənin yaran boş şeydir : iti bucaq altında iki balta zərbəsi , vəssalam . Çoxları həvəslə öz ombalarını təhlükə altına atarılar , sadəcə olaraq meşədəki balta zərbələrinin dumanlı səsini eşidib yaxın gəlmirlər . - Doğrudan da belədir , yoxsa mən sayıqlayıram ? Sən xəstəni aldatmırsan ki ?

- Qətiyyən . Bu əsil həqiqətdir ; bu həqiqətlə birgə kənd kənd həkiminin şərəfli sözlərni də götür .

O da götürdü və sakitləşdi . Lakin artıq öz qurtuluşum haqda düşünmək vaxtıydı . Atlar əvvəlki yerlərində sədaqətlə dayamışdılar . Paltar , kürk və yol çantamı qucağıma yığdım , yubanacağımdan qorxub geyinmədim ; əgər atlar məni buraya gətirdikləri sürətlə da buradan aparsalar , elə bilərəm ki , bu çarpayıdan elə özümünkünə keçmişəm . Atlardan biri pəncərədən itaətlə uzaqlaşdı : mən öz düyünçəmi arabaya tulladım ; kürk aralı keçdi və yalnız qol hissəsi hansısa qarmağa ilişdi . Eyb etməz , belə də yaxşıdır . Atın belinə atılırıam . Qoşqu yerdə sürünür , atlar bir –birinə güclə bağlanıblar , araba ləngər vurur , kürk qar üzərində son şırımları açır .

- Ehey , yelqanadlılar ! – qışqırıram , amma heç veclərinə də deyil : taqətsiz qocalar kimi qarlı çöllərlə ağır – ağır gedirik ; uşaqların yeni , fəqət artıq gecikmiş mahnıları bizi hələ xeyli müddət müşayiət edir :

Şənlənin ay xəstələr ,
Doktor , sizinlə bir çarpayıda uzanıb !

Evə artıq bu cür qayıda bilməyəcəyəm , mənim zəngin təcrübəmin üstündən qələn çəkmək olar ; varisim heç bir xeyri olmasa da , soyacaq məni , axı o , məni əvəz edə bilməz ;qəzəbli mehtər evimdə öz kefindədir ; Roza onun əlindədir ; bu haqda düşünmək belə mənim üçün dəhşətdir . Uğursuz əsrimizin şaxta – sazağında bayıra çıxarılan mən – çılpaq , qoca adam , yer arabası və səmavi atlarla bütün aləmdə səfil – sərgərdanam . Kürküm arabadan sallanıb qalıb ; lakin onu götürə bilməyəcəyəm , bu çevik yaramazlardan , xəstələrimdən də heç kim onu qaldırmaq üçün barmağını belə tərpətməyəcək . Aldanmışam ! Aldanmışam ! Gecə zəngimin yalançı həyəcanına uymuşam və artıq heç nəyi düzəltmək mümkün deyil .

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR