Slimfit
  1. CƏMİYYƏT

Frankfurtda azərbaycanlıların işığını kəsdilər

Frankfurtda azərbaycanlıların işığını kəsdilər
Sakura

Kəsilmənin səbəbi yataqxanada əlavə elektrik cihazlarının istifadəsinə qoyulan qadağanın pozulması olub

Azərbaycanlılara elektrik enerjisini kəsən şirkət bunun elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi səbəbindən məcburi tədbir olduğunu bildirib.

Ens.az xəbər verir ki, bu ölkədə sığınacaq üçün müraciət edən azərbaycanlıların yaşadığı Frankfurtdakı yataqxanada elektrik enerjisinin  verilməsi  kəsilib.

Kəsilmənin səbəbi  yataqxanada əlavə elektrik cihazlarının istifadəsinə qoyulan qadağanın pozulması olub. Nəticədə, yataqxana rəhbərliyindən məsul olan Diaconiye təşkilatı binadakı işıqları söndürmək əmri verib.

Bu qərar qaçqın təşkilatları tərəfindən mübahisələrlə qarşılanıb. Belə ki, Alman Qızıl Xaç Cəmiyyəti bunu "qeyri-insani bir hərəkət" adlandırıb  və Diaconie təşkilatının problemi həll etmək əvəzinə, insanları cəzalandırdığını söylədi.

Diaconie rəhbərliyi bunun elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi səbəbindən məcburi tədbir olduğunu bildirərək cavab verib. Onların bildirdiyinə görə, bu qərar, yanğın təhlükəsizliyi qaydalarına əsaslanır və qanunidir.

"Bu yataqxanada bir neçə dəfə yanğınlar baş verib. Ümumi  mətbəxin olmasına baxmayaraq, sakinlər  otaqlarda elektrik sobalarından istifadə edirlər. Nəticədə xətlər həddən artıq yükləndi və nəticədə partlayışlar baş verdi.Sakinlərə xəbərdarlıq edildi. Polis və Yanğın Mühafizəsi Xidməti əməkdaşları bütün otaqlara baxış keçirərək artıq elektrik cihazlarını müsadirə etdilər. Ancaq dünən məlum oldu ki, bəzi sakinlər hələ də elektrik cihazlarından istifadə edirlər "deyə təşkilat izah edib.

Qeyd edək ki, Frankfurtdakı yataqxanada 300 nəfər yaşayır, onlardan 8-i Azərbaycan vətəndaşıdır.

Mənbə: az.sputniknews.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR