Frank Şvabe AŞPA-nın yox, hansısa lobbi qrupunun üzvü kimi davranır ŞƏRH
Azərbaycanın nümayəndə heyəti 2024-cü ilin yanvar ayında Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) öz fəaliyyətini dayandırıb. Səbəblərini də çox aydın şəkildə izah ediblər. AŞPA-dan Azərbaycana qarşı ikili standartlara, qərəzli yanaşmalara son verməsi, Ermənistanın təktərəfli formada müdafiə edilməsindən əl çəkilməsi tələb edilib. Həmçinin ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi üçün atılan addımlara hörmət göstərməsi istənilib. Təəssüf ki, AŞPA fərqli bəhanələr göstərərək, bu tələbləri yerinə yetirməkdən yayınır. Amma Azərbaycanla əlaqələrinin tamamilə üzülməsi ilə də barışmaq istəmirlər. Bir müddət əvvəl parlament seçkilərini müşahidə etmək, indi isə COP29 tədbirlərinə qatılmaq üçün Bakıya gəlmək istəklərini ifadə ediblər. Bu istəkləri təmin edilməyəndə isə böhtan dolu bəyanatlar səsləndirirlər.
Ens.Az-ın məlumatına əsasən,bu sözləri Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli AZƏRTAC-a açıqlamasında söyləyib.
AŞPA-dan səsləndirilən təkliflərə Azərbaycan Prezidenti İlham Əliyevin çox aydın şəkildə cavab verdiyini deyən ekspert bildirib: “Dövlətimizin başçısı sentyabrın 6-da İtaliyada keçirilən Beynəlxalq Çernobbio Forumunda çıxışı zamanı bəzi AŞPA üzvlərinin Azərbaycanda “arzuolunmaz şəxs” elan edilməsi mövzusuna toxunub. Qeyd edib ki, AŞPA üzvlərinin səfərinə qadağa Azərbaycanın təşkilata qayıdışından sonra aradan qaldırılacaq. Yəni, AŞPA-ya təkrarən xatırladılır ki, o, öz səhvlərini aradan qaldırsın, ikili standartlara son versin və təşkilatda bundan sonra qarşılıqlı hörmət əsasında münasibətlər bərpa edilsin. Ədalət naminə qeyd edək ki, AŞPA-da Azərbaycanın bu çağırışına adekvat reaksiya verən çoxlu sayda deputat var. Həmin deputatlar AŞPA rəhbərliyinə müraciət edərək, Azərbaycana qarşı ədalətsiz qərarların aradan qaldırılmasını istəyiblər”.
Müşfiq Ələsgərli qeyd edib ki, bununla yanaşı, ortada pozuculuq edən, münasibətlərin bərpa edilməsi üçün deyil, daha da pisləşməsi üçün çalışan deputatlar da az deyil. Bu qrupun önündə Almaniyadan olan deputat Frank Şvabe gəlir. O, Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dayandırmasından sonra da ölkəmiz əleyhinə aktiv çıxışlar edir. Bu çıxışları müşahidə edərkən belə nəticə çıxır ki, F.Şvabe AŞPA-nın deputatı kimi deyil, "erməni şəbəkəsi” tərəfindən ələ alınmış lobbi qruplarının üzvü kimi davranır. Sirr deyil ki, Avropa məkanında “erməni şəbəkəsi” tərəfindən ələ alınmış və Azərbaycana qarşı fəaliyyətə sövq edilmiş xüsusi missioner qruplar mövcuddur. Onların sırasında həm rəsmi vəzifə daşıyanlar, həm media, QHT nümayəndələri, həm də biznes aləminin təmsilçiləri yer alırlar. Fransa Prezidenti Emmanuel Makronun, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin və digərlərinin fəaliyyəti bu sahədə açıq nümunədir.
Frank Şvabe də məhz bu qrupda yer tutur. Yeri gəlmişkən qeyd edək ki, Frank Şvabenin karyerası qara biznes, korrupsiya və rüşvət qalmaqalları, həmçinin islamofob çıxışlarla zəngindir. F.Şvabe 2016-cı ildə Almaniya parlamentində qondarma erməni soyqırımının tanınması üçün kampaniya aparan siyasətçilərdən biridir. Mediada bununla bağlı kifayət qədər yazılar vardır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət