Slimfit
  1. MEDİA

Fövqəladə Hallar Nazirliyinin komandası Türkiyənin Rizə şəhərində Karate üzrə Beynəlxalq turnirə qatılmışdır

Fövqəladə Hallar Nazirliyinin komandası Türkiyənin Rizə şəhərində Karate üzrə Beynəlxalq turnirə qatılmışdır
Sakura

Fövqəladə Hallar Nazirliyinin komandası Türkiyənin Rizə şəhərində Karate üzrə Beynəlxalq turnirə qatılmışdır

23-25 avqust 2019-cu il tarixlərində Türkiyənin Rizə şəhərində Karate üzrə Beynəlxalq turnir keçirilmişdir. Bu yarışda 12 ölkədən 1500-dən çox idmançı mübarizəyə qatılmışdır.

Fövqəladə Hallar Nazirliyinin komandası İdman Sağlamlıq Mərkəzinin məşqçi müəllimi Coşqun Sadıqovun rəhbərliyi altında 3 gənc idmançımız ilə bu yarışa qatılaraq yüksək nəticələr göstərmişlər.

Komandanın üzvü Hacıyeva Fatma 10 yaşlı idmançılar arasında -30 kq çəki dərəcəsində 5 döyüş keçirərək, bütün rəqiblərinə qalib gələrək qızıl medalın sahibi olmuşdur. Komandanın digər üzvü Səfərov Əli 10 yaşlı idmançılar arasında -30 kq çəki dərəcəsində 6 görüş keçirərək yarışın gümüş medalına layiq görülmüşdür.

03 sentyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev gənc idmançıları qəbul edərək, onları qazandıqları bu nəaliyyətlərə görə təbrik etmiş, gələcək yarışlara müvəffəqiyyətlər arzulamışdır.

.23-24 avqust 2019-cu il tarixlərində Yaponiyanın Tokio şəhərində Karate-Do üzrə 14-cü Dünya çempionatı keçirilmişdir. Bu çempionata 52 ölkədən 750 idmançı, o cümlədən ölkəmizi Fövqəladə Hallar Nazirliyinin komandasının ənənəvi Karate-Do Federasiyasının rəhbəri Fövqəladə Hallar Nazirliyinin Akademiyasının İdman qəza- xilasetmə kafedrasının rəisi 7-ci dan qara kəmər sahibi professor Əhməd Hətəmovun rəhbərliyi altında 3 idmançımız,  65 kq çəki dərəcəsində İmran Quluzadə, -74 kq çəki dərəcəsində Mehman Eynalov və +75 kq çəki dərəcəsində Fuad Əliyev mübarizəyə qatılaraq təmsil etmişdir.

İdmançılarımız dünya çempionatında millimizi uğurla təmsil edərək, +75 kq çəki dərəcəsində Fuad Əliyev çempionatın qızıl, -74 kq çəki dərəcəsində Mehman Eynalov isə gümüş medalına sahib olmuşdur.

 05 sentyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev Yaponiyanın Tokio şəhərində Karate-Do üzrə dünya çempionatında fəxri pillələrə yüksəlmiş idmançıları qəbul edərək, onları qazandıqları bu nəaliyyətlərə görə təbrik etmiş, gələcək yarışlara müvəffəqiyyətlər arzulamış və xatirə şəkliləri çəkdirmişdir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR