Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Olimpiyadaya vəsiqə qazanıb.
7-9 may 2021-ci il tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində parataekvondo üzrə Avropa təsnifat turniri keçirilib. 15 ölkənin iştirakı və 25-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı, 2 qat Dünya, 4 qat Avropa çempionu, prezident mükafatçısı parataekvondoçu Aynur Məmmədova yüksək nəticə göstərərək +58 kq çəki dərəcəsində bütün döyüşlərdə qalib gələrək yarışın qızıl medalına layiq görülüb. Gərgin keçən final döyüşündə idmançımız rəqibini qızıl xalla məğlub edib.
İdmançımız avqustun 24-dən sentyabrın 5-dək Yaponiyanın paytaxtı Tokioda baş tutacaq Yay Paralimpiya Oyunlarında iştirak hüququna yiyələnib.
21 may 2021-ci il tarixində FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev idmançını qəbul edərək, onu qazandığı naliyyətə görə təbrik edib və idmançıya qiymətli hədiyyə təqdim olunub.
FHN İSM
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət