Slimfit
  1. CƏMİYYƏT

Bu nazirliyə yeni vəzifə verildi

Bu nazirliyə yeni vəzifə verildi
Sakura

Bu nazirliyə yeni vəzifə verildi

Azərbaycan ərazisində qəzaya uğrayan pilotlu kosmik obyektin heyətinin xilası üçün Fövqəladə Hallar Nazirliyi tədbirlər görməlidir.

“Ens.Az” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “Kosmik fəaliyyət haqqında” qanunda öz əksini tapıb.

Bundan başqa, sənədə əsasən, nazirlik qəza ərazisində kosmik fəaliyyət haqqında qanunvericiliyinə uyğun olaraq müvəqqəti karantin tətbiq etməlidir.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" qanunu təsdiqləyib. Sənəd Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci, 13-cü və 23-cü bəndlərinə uyğun olaraq, kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik sənayedə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair ümumi tələbləri müəyyən edir və Yerətrafı orbitlərdə, Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzada milli fəaliyyətə aid edilən münasibətləri tənzimləyir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR