Slimfit
  1. TEXNOLOGİYA

Foto ilə üz tanıma xidmətlərininin hamısını bloklayan proqram yaradıldı

Foto ilə üz tanıma xidmətlərininin hamısını  bloklayan proqram yaradıldı
Sakura

Şəkillərinizi sosial şəbəkələrə yükləməzdən əvvəl onları Fawkes alqoritmi ilə işləyə bilərsiniz

Amerikalı proqramçılar, icazəsiz üz tanımaqdan qorunma sistemi hazırladılar və proqrama, məşhur maskası totalitar sistemə qarşı etiraz və mübarizənin simvolu halına gələn Barıt sui-qəsdinin iştirakçısı Qay Foksun adını verdilər.   Fawkes alqoritmi fotoşəkillərdə insan gözü ilə görülməsi mümkün olmayan  dəyişikliklər edir, lakin tanıma sistemlərinin üz tanıma qabiliyyətini itirməsi üçün kifayət edir.  Başqa sözlə, sanki  insanın təsvirinə  görünməz maska taxırlar.

Beləliklə, Fawkes proqramının tərtibçiləri olan Çikaqo Universitetinin mütəxəssisləri rəqəmsal görüntülərin maskalanması üçün proses icad edərək tətbiq etdilər, bu da  üz tanıma texnologiyasını yararsız hala gətirdi.  Onlar Fawkes proqramını,  sosial şəbəkəyə yüklənən fotoşəkillərin sahiblərinin razılığı olmadan maşın alqoritmlərini hazırlamaq üçün istifadə edilməkdən qorumaq üçün hazırladıqlarını açıqladılar. Buna misal olaraq,  Clearview SI şirkəti  Facebook, YouTube, Venmo və digər şəbəkələrdən  üç milyard fotoşəkil  topladı və onların nümunələrindən istifadə edərək  Süni İntellekt yad insanları tanımağı öyrətdi.

 Fawkes müəllifləri, proqramlarının ən inkişaf etmiş üz tanıma xidmətlərinə qarşı -  Microsoft Azure Face, Amazon Rekognition və ya Çin  IT nəhəngi Megvii - nin Face ++ və s.  100% təsirli olduğunu iddia edirlər .  Proqramın hər görüntünü emal etməsi üçün bir neçə dəqiqə çəkir.

 Tərtibçilərin fikrincə, maskalanmış şəkillər, icazəsi olmayan modelləri çaşdırmaq üçün Troya atı kimi istifadə olunur.  Onlar səhvən güman edirlər ki, təsvir edilmiş insan üçün tipik olan fərqləndirici xüsusiyyətləri tapıblar,  amma bu belə deyil.

 Sosial şəbəkələrdəki fotolarınızdan tanıma sistemlərinin hazırlanmasında və təlimlərində istifadə edilməsini istəmirsinizsə, şəkillərinizi sosial şəbəkələrə yükləməzdən əvvəl onları Fawkes alqoritmi ilə işləyin və  işlənmiş şəkilləri yerləşdirin. Dostlarınız üçün üzünüz dəyişməyəcək, ancaq maşınlar artıq sizi tanımayacaq.

 Yuxarıdakı şəkil, bu alqoritmin necə işlədiyinə bir nümunədir.  Solda Kraliça II Elizabetin orijinal, dəyişdirilməmiş fotoşəkili, sağdakı isə bu görüntünün alqoritmlə işlənmiş versiyasıdır.  İnsan gözü fərqləri görə bilmir, ancaq üz cizgilərinin maşın oxunması səviyyəsində onlar çox əhəmiyyətlidirlər.

 Alqoritmin necə işlədiyini izah edən  araşdırma daha əvvəl yayımlanmışdı və keçən ay Fawkes,  universitetin saytında pulsuz yüklənmə və istifadə üçün təqdim etmişdi.  O vaxtdan bəri  proqram 100.000 dəfə yüklənib.

 Bu yaxınlarda, 100 mindən çox İT mütəxəssisini özündə birləşdirən ən böyük və ən qədim beynəlxalq təşkilat olan Hesablama Maşınları Assosiasiyası (ACM) ABŞ-da üz tanıma texnologiyasının istifadəsinə moratorium elan etdi.  Bu, tanınma alqoritmlərindən istifadə edən sistemlər tərəfindən nümayiş olunan etnik, irqi və gender bərabərliyi qərəzləri ilə əlaqədardır.

 

Mənbə: hightech.plus

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR