Slimfit
  1. AZƏRBAYCAN

"Formula-1"lə bağlı əlavə marşrut xətti açıldı

"Formula-1"lə bağlı əlavə marşrut xətti açıldı
Sakura

"Formula-1"lə bağlı əlavə marşrut xətti açıldı

Bakı Nəqliyyat Agentliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin həyata keçirdiyi birgə operativ tədbirlər nəticəsində paytaxtın cənub istiqamətində, o cümlədən də, Lökbatan, Bibiheybət, Bayıl və 20-ci sahə adlanan ərazidə yaşayan sakinlərin ictimai nəqliyyatdan istifadəsindəki çətinliklər aradan qaldırılıb. Bu barədə Lent.az-a 
Bakı Nəqliyyat Agentliyindən bildirilib.
 
Verilən xəbərə görə, Lökbatan- Funikulyor (Bəhram Gur heykəli) istiqamətində 5A adı altında müvəqqəti müntəzəm marşrut xətti təşkil edilib.
Bununla yanaşı, 5A xətti üzrə avtobusların maneəsiz hərəkəti üçün Mikayıl Useynov prospektində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət qismən aradan qaldırılıb.
 
Qeyd edilən hissədə hərəkət yalnız müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslar üçün açılıb.
 
Məlumat üçün bildiririk ki, yeni təşkil edilən 5A müntəzəm marşrut xətti üzrə gediş haqqı 30 qəpik müəyyən edilib. Bu marşrut xətti üzrə avtobuslar yollarda məhdudiyyət tam aradan qaldırılanadək sərnişinlərə xidmət göstərəcək.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR