Slimfit
  1. İDMAN

'Formula 1' rəhbərliyi mövsümün ləğvini istisna etmir

'Formula 1' rəhbərliyi mövsümün ləğvini istisna etmir
Sakura

'Formula 1' rəhbərliyi mövsümün ləğvini istisna etmir

"Çempionatın başlayacağına əminliyimiz artır. Amma mövsümün ümumiyyətlə keçiriləyəcəyinə heç bir zəmanət vermək olmaz".

Ens.az xəbər verir ki, "Report"un məlumatına görə, bunu "Liberty Media"nın rəhbəri Çeyz Keri "Formula 1" üzrə 2020 mövsümünün baş tutması ehtimalı barədə danışarkən deyib. Amerikalı biznesmen bildirib ki, məqsəd ilk Qran-prinin iyulun 5-də Avstriyada təşkilinə nail olmaqdır: "Bundan bir həftə sonra, böyük ehtimalla, "Red Bull Rinq"də daha bir mərhələ keçirəcəyik. Avropadakı yarışların azarkeşsiz olacağını gözləyirik. Amma ümid edirik ki, gələcək Qran-prilər tamaşaçılara da açılacaq. Dünya çempionatlarının mərhələlərini qəbul edə biləcək tras sayı baxımından optimistik".

Keri koronavirus pandemiyasının hiss olunacağını etiraf etsə də, Qran-prilərin gerçəkləşəcəyinə dair mövqelərinin möhkəmləndiyini vurğulayıb.

Qeyd edək ki, "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR