Dərc edildi: Baxış sayı: 552
“Formula-1” koronavirusa görə Çindəki yarışla bağlı rəsmi açıqlama yaydı
19 aprelə planlaşdırılmış “Formula-1” üzrə Çin Qran-Prisi təxirə salınıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Formula-1” rəsmi məlumat yayıb.
Səbəb Çində yayılmış koronavirusdur. Ümumdünya Səhiyyə Təşkilatının bu virusun qlobal sağlamlıq təhlükəsi olduğunu bəyan etməsindən sonra “Formula-1” və Beynəlxalq Avtomobil Federasiyası Çinə səfər edəcək heyətin, çempionat iştirakçılarının və azarkeşlərin sağlamlıq və təhlükəsizliyini təmin etmək üçün həmin yarışın təxirə salındığını açıqlayıb.
Məlumatda bildirilir ki, tərəflər bu yarışın il ərzində Çində başqa vaxta salınması barədə müzakirə aparacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət