Slimfit
  1. İDMAN

'Formula 1' komandaları büdcə limitinin azaldılmasına razı oldular

'Formula 1' komandaları büdcə limitinin azaldılmasına razı oldular
Sakura

'Formula 1' komandaları büdcə limitinin azaldılmasına razı oldular

"Formula 1" komandaları koronavirus pandemiyasının yaratdığı böhranla əlaqədar olaraq xərcləri azaltmaq üçün bir sıra tədbirlər görməyə razılıq veriblər. 

Ens.az "Report"-a istinadən xəbər verir ki, komandalar büdcə limitinin azaldılması üzrə planın qəbul edilməsinin lehinə səs veriblər. Gələn il bu məbləğ 145 milyon ABŞ dolları, 2022-ci ildə isə 140 milyon dollar olacaq. 

Büdcə limiti 2023-cü ildən 2025-ci ilədək 135 milyona endiriləcək. 

Qeyd edək ki, daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi. Daha əvvəl 2021-ci il üçün büdcə limiti 175 milyon dollar təyin edilib. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR