Slimfit
  1. İDMAN

Formula 1 haqqında serialın prodüser qrupu “Mercedes” və “Ferrari”ni tənqid edir

Formula 1 haqqında serialın prodüser qrupu “Mercedes” və “Ferrari”ni tənqid edir
Sakura

Formula 1 haqqında serialın prodüser qrupu “Mercedes” və “Ferrari”ni tənqid edir

“Netflix” yayım xidmətində martın 8-dən etibarən nümayiş etdiriləcək Formula 1 yarışları haqqında lentə alınan “Drive to Survive” serialının prodüserləri təklif olunan şərtlərlə şouda iştirakdan imtina edən “Mercedes” və “Ferrari” komandalarını tənqid ediblər.

AZƏRTAC “F1Nyus” saytına istinadla xəbər verir ki, bu barədə şounun prodüseri Pol Martin məlumat verib.

“Mercedes” və “Ferrari” digər komandaların razı olduqları şərtlərdən daha fərqli şəraitdə işləmək istəyiblər. Lakin bu, layihənin prodüserlərinə və serialı translyasiya edəcək “Netflix” xidmətinə sərf etmir. Burada sual “hər şey, yaxud heç nə” tərzində qoyulub. Bizim şərtlər səkkiz komanda üçün əlverişli olub. Belə olan halda biz niyə onları “Mercedes” və “Ferrari” üçün dəyişməliyik? Şouda iştirakdan imtina etməklə onlar düzgün hərəkət etməyiblər və azarkeşlərə qarşı yaxşı davranmayıblar. Lakin bizim bəxtimiz gətirib ki, “Red Bull”, “Renault” və “Haas” bizə tam şərait yaradıblar və tamamilə səmimi davranıblar”, - deyə Martin “The Telegraph” nəşrinə bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR