Slimfit
  1. İDMAN

“Formula 1”: Bakıda pilotların qrid düzülüşündə iki mövqe dəyişikliyi olacaq

“Formula 1”: Bakıda pilotların qrid düzülüşündə iki mövqe dəyişikliyi olacaq
Sakura

“Formula 1”: Bakıda pilotların qrid düzülüşündə iki mövqe dəyişikliyi olacaq

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi zamanı pilotların qrid düzülüşündə iki mövqe dəyişikliyi olacaq.

Report” xəbər verir ki, iki sürücü qrid düzülüşündə sıralama turunda göstərdikləri nəticələrə uyğun mövqedə olmayacaqlar.

Təsnifat mərhələsini 8-ci sırada tamamlayan Antonio Covinatsi (“Alfa Romeo”) yarışa 10 pillə geridən başlayacaq. İsveçrə komandasının italiyalı pilotu bolidində yeni idarəedici elektronikanın istifadəsinə görə cəzalanıb.

Pyer Qasli (“Red Bull”) isə təsnifat mərhələsinə yanacaq sərfiyyatı ilə bağlı texniki reqlamenti pozduğu üçün sanksiya ilə üzləşib. Avstriya komandasının pilotu sıralama turunda 15-ci olsa da, yarışa son sıradan başlayacaq.

Pilotların qrid düzülüşü

1. Valtteri Bottas (Mercedes)

2. Lüis Hemilton “Mercedes”

3. Sebastyan Fettel (“Ferrari”)

4. Maks Ferstappen (“Red Bull”)

5. Serxio Peres (“Racing Point”)

6. Daniil Kvyat (“Toro Rosso”)

7. Lando Norris (“McLaren”)

8. Kimi Raykkonen (“Alfa Romeo”)

9. Şarl Lekler (“Ferrari”)

10. Karlos Sayns (“McLaren”)

11. Daniel Rikkardo (“Renault”)

12. Aleksandr Albon (“Toro Rosso”)

13. Kevin Maqnussen (“Haas”)

14. Lens Stroll (“Racing Point”)

15. Romen Qrojan (“Haas”)

16. Niko Hülkenberq (“Renault”)

17. Corc Rassel (Williams)

18. Antonio Covinatsi (“Alfa Romeo”)

19. Robert Kubitsa (Williams)

20. Pyer Qasli (“Red Bull”)

Qeyd edək ki, SOCAR Azərbaycan Qran-prisi saat 16:10-da start götürəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR