Slimfit
  1. İDMAN

Formula 1 Azərbaycan Qran-Prisi üçün fan-zona və konsert biletləri satışa çıxarılıb

Formula 1 Azərbaycan Qran-Prisi üçün fan-zona və konsert biletləri satışa çıxarılıb
Sakura

Formula 1 Azərbaycan Qran-Prisi üçün fan-zona və konsert biletləri satışa çıxarılıb

Sentyabrın 13-15-də keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi üçün fan-zona biletləri və konsert biletləri artıq satışdadır.

Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki, hər il yenilənən əyləncə zonasındakı bulvar səhnəsində canlı musiqi performansları, müxtəlif zonalarda qurulmuş oyunlar, simulyatorlar, virtual reallıq təcrübələri, rəqslər yarış həftəsinin sonunda fanatlara əsl festival ab-havası bəxş edəcək.

Azarkeşlər Formula 1-in bütün aktivasiyalarını bu il fan-zonada görə biləcək, fan-forumda pilotları və onların komandalarını izləmək fürsəti əldə edəcəklər.

Foto həvəskarları üçün quraşdırılmış iri Formula 1 dekorasiyaları, retro maşınların sərgisi, canlı heykəllər, “selfie” zonalar Formula 1-dən ən yaddaqalan kadrlar çəkmək üçün mükəmməl fürsət təqdim edir.

Əyləncə zonasında böyüklərlə yanaşı, uşaqlar üçün də müxtəlif növ oyun və fəaliyyətlər təklif olunur.

Həmçinin bu gündən etibarən yarış həftəsində baş tutacaq konsert proqramlarına ayrıca biletlərin satışına start verilib. Xatırladaq ki, sentyabrın 13-14-də keçiriləcək möhtəşəm konsertlərdə, musiqi dünyasının ulduzları Uill Smit, Blək Koffi və J Balvin çıxış edəcəklər.

Formula 1 Azərbaycan Qran-Prisinin möhtəşəm atmosferini yaşamaq və həyəcanını birbaşa hiss etmək istəyənlər fan-zona bileti və konsert biletləri əldə edə bilərlər. Biletləri Bakı Şəhər Halqasının rəsmi veb-saytından və mobil tətbiqindən əldə etmək mümkündür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR