Slimfit
  1. DÜNYA

“Forbes” jurnalında dünyanın ən varlı adamlarının illik reytinqi dərc edilib

“Forbes” jurnalında dünyanın ən varlı adamlarının illik reytinqi dərc edilib
Sakura

“Forbes” jurnalında dünyanın ən varlı adamlarının illik reytinqi dərc edilib

“Forbes” nəşri dünyada ən varlı insanların növbəti, 33-cü illik siyahısını dərc edib. Dünyada ən varlı adam “Amazon” şirkətinin rəhbəri Ceff Bezos olub. Hazırda Bezosun sərvətinin dəyəri 131 milyard dollar hesab edilir. “Microsoft” şirkətinin banisi, uzun illər reytinqdə liderlik etmiş Bill Qeyts ikinci yeri tutur. Son bir ildə Qeytsin sərvəti 6,5 milyard dollar artaraq 96,5 milyard dollara çatıb. Amerika tarixində ən məşhur investorlardan biri – “Berkshire Hathaway” korporasiyasının rəhbəri Uorren Baffet üçüncü yerdədir. Onun sərvətinin dəyəri 82,5 milyard dollara bərabərdir.

AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu siyahıda əvvəlki mövqeyini itirərək 51-ci yerdən 715-ci yerə düşüb. Bu, əsasən onunla bağlıdır ki, ABŞ qanunlarına əsasən, prezident bizneslə məşğul olmalı deyil və o, işgüzar maraqlarını başqa şəxslərə həvalə etməli idi. Bundan əlavə, Trampın prezident olduğu son iki ildə mətbuatda onun barəsində yayılan neqativ rəylərə görə, “Tramp” brendi həm investorlar üçün, həm də daşınmaz əmlakla məşğul olan şirkətlər və şəxslər üçün cəlbediciliyini itirib. Hazırda Trampın sərvətinin dəyəri 3,1 milyard dollara bərabərdir. Eyni zamanda digər analoji biznesmenlərin sərvəti artıb. Bu səbəbdən Tramp siyahıda 715-ci yerə düşüb .

2019-cu il üçün reytinqdə bir əlamətdar hadisə baş verib: 21 yaşlı amerikalı model və sahibkar Kayli Cenner “Forbes” nəşrinin reytinqləri tarixində ən gənc milyarder olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR