Slimfit
  1. AVTO VƏ MOTO

“Forbes” jurnalı 11 maşın istehsalçısını dünyanın ən bahalı brendlərinin top 100-lüyünə daxil edib

“Forbes” jurnalı 11 maşın istehsalçısını dünyanın ən bahalı brendlərinin top 100-lüyünə daxil edib
Sakura

“Forbes” jurnalı 11 maşın istehsalçısını dünyanın ən bahalı brendlərinin top 100-lüyünə daxil edib

“Forbes” jurnalına görə, 11 avtomobil brendi “Dünyanın ən bahalı 100 brendi” illik reytinqinə daxil olub. Artıq altıncı dəfədir ki, ardıcıl olaraq “Toyota” ən çox satış edən avtomobil istehsalçısıdır.

“Toyota” 9-cu yeri tutur və top 10-luqda yeganə avtomobil brendidir. Ondan səkkiz pillə aşağıda (17-ci yer) rəqibi “Mercedes-Benz” gəlir. “Forbes”-də deyilir ki, yapon brendi 44,6 milyard dollar dəyərləndirilib ( keçən illə müqayisədə heç bir dəyişiklik olmadan), gəliri isə 190,8 milyarddır. Alman markasının göstəriciləri isə buna müvafiq olaraq 33,2 milyard ( 2018-ci illə müqayisədə dəyəri 3% enib) və 125,9 milyarddır.

Reytinqə daxil olan digər 9 avtomobil:

  • BMW (21-ci yer) 29,8 milyard dollar dəyərləndirilib (–5%) və gəliri 91,5 milyard dollardır;
  • Honda (28) — 25,8 milyard (1%) və 134,9 milyard;
  • Audi (41) — 14,2 milyard (–4%) və 61,9 milyard;
  • Ford (48) — 13 milyard(–8%) və 152,7 milyard;
  • Porsche (62) — 11 milyard (1%) və 30,4 milyard;
  • Chevrolet (63) — 19,7 milyard (–7%) və 80,6 milyard;
  • Lexus (72) — 9,6 milyard (1%) və 23 milyard;
  • Nissan (81) — 8,9 milyard (–6%) və 97,2 milyard;
  • Hyundai (94-е)  8,1 milyard (–8% к 2018 году) və 88 milyard dollar.

İllərə görə dəyişiklik baxımından ən yüksək göstərici “Amazon”un dəyərində qeydə alınıb –  +37%, “H&M”-də isə ən uğursuz göstərici olub: -12%

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR