Slimfit
  1. ELM

“Folklorun poetik özünəməxsusluğu: mühit, janr, ənənə” kitabı oxucuların ixtiyarına verilib

“Folklorun poetik özünəməxsusluğu: mühit, janr, ənənə” kitabı oxucuların ixtiyarına verilib
Sakura

“Folklorun poetik özünəməxsusluğu: mühit, janr, ənənə” kitabı oxucuların ixtiyarına verilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu folklorşünaslıq şöbəsinin elmi işçisi Nazirə Əsgərovanın “Folklorun poetik özünəməxsusluğu: mühit, janr, ənənə” kitabı çapdan çıxıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, yeni tədqiqat əsərində şifahi xalq ədəbiyyatının janrlarını öz elmi araşdırmalarında geniş tədqiq edən müəllifin müxtəlif illərdə qələmə aldığı məqalələri toplanılıb.

Kitabda, həmçinin Naxçıvanda şifahi xalq ədəbiyyatı sahəsində folklor mühitinin poetik özünəməxsusluğu, janrların səciyyəvi xüsusiyyətləri, habelə regionun xalq yaradıcılığındakı ənənəsi haqqında məlumatlar əksini tapıb. Nəşrdə dastanlar, atalar sözləri və məsələlər, bayatılar, nağıllar, laylalar, xalq oyunları və digər janrların bölgə mühitində yeri, xarakteri və tarixinə nəzər salınıb.

Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov və həmin şöbənin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Çinarə Rzayevanın elmi redaktorluğu ilə çap olunan kitab Naxçıvan folklor mühitinin öyrənilməsi baxımından əhəmiyyətli elmi mənbədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR