Slimfit
  1. SƏYAHƏT VƏ TURİZM

"FlyDubai" Bakıya uçuşlar həyata keçirməyə başladı

"FlyDubai" Bakıya uçuşlar həyata keçirməyə başladı
Sakura

"FlyDubai" Bakıya uçuşlar həyata keçirməyə başladı

Bu gündən Birləşmiş Ərəb Əmirliklərinin "FlyDubai" şirkəti Dubay-Bakı-Dubay marşrutu üzrə birbaşa uçuşlar həyata keçirməyə başlayıb.

Ens.az xəbər verir ki, bu barədə "Report"a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, reyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək. Bu zaman reyslər xüsusi şərtlərə əsasən həyata keçiriləcək.  Aviabiletləri aviaşirkətin rəsmi www.flydubai.com saytında əldə etmək olar. Belə ki, BƏƏ-yə giriş qaydalarında edilən dəyişikliklərlə əlaqədar Bakıdan Dubaya reysə yalnız aşağıdakı sərnişinlərə icazə verilir:

- ölkəyə giriş üçün əvvəlcədən vizanın alınmasına ehtiyacı olmayan sərnişinlər;

- turizm vizası olan sərnişinlər;

- BƏƏ-də daimi yaşayış icazəsi olan sərnişinlər.

Dubaydan Bakıya reyslərə aviabiletləri isə yalnız Azərbaycan vətəndaşları əldə edə bilər.

Yeni qaydalara uyğun olaraq yalnız  koronavirus (COVID-19)  testindən keçmiş sərnişinlər uçuşlara buraxılır. Bununla əlaqədar olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriya siyahısı genişləndirilib. Həmin siyahı aşağıdakı kimidir: 

- Referans  laboratoriyası;

- Leyla klinikası;

- Memorial klinikası;

- Bona Dea xəstəxanası;

- İnci laboratoriyası;

- Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);

- Kaspian Hospital;

- UltraLab.

BƏƏ-də PCR-testinə dair arayış təqdim edən klinika və laboratoriyalarda  müayinədən keçmək olar.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR