Slimfit
  1. İQTİSADİYYAT

“Flydubai” Azərbaycan vətəndaşları üçün repatriasiya reysi təşkil edəcək

“Flydubai” Azərbaycan vətəndaşları üçün repatriasiya reysi təşkil edəcək
Sakura

“Flydubai” Azərbaycan vətəndaşları üçün repatriasiya reysi təşkil edəcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) aşağı büdcəli daşıyıcısı “Flydubai” Dubay sakinləri və qonaqları üçün repatriasiya (vətənə geri dönmə) biletlərinin bronlaşdırılması barədə elan verib.

Report” “Arabian Business”ə istinadən xəbər verir ki, geri dönmə reysləri 13 əlavə istiqamət üzrə elan edilib.

Vətəndaşları Dubaydan vətənlərinə çatdırılacaq ölkələr arasında Azərbaycan, Bolqarıstan, Xorvatiya, Gürcüstan, İraq, İran, Qırğızıstan, Rumıniya, Rusiya, Serbiya, Tacikistan, Ukrayna və Özbəkistan var.

Aviadaşıyıcı martın 19-dan aprelin 8-dək artıq 23 belə reys həyata keçirib və 2 800 sərnişini BƏƏ-dən çıxarıb.

Qeyd edək ki, BƏƏ höküməti koronavirusun yayılması təhlükəsinə qarşı tədbirlər çərçivəsində martın 24-dən ölkəyə və ölkədən xaricə edilən bütün uçuşları dayandırıb.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR