Slimfit
  1. AZƏRBAYCAN

Fiziki məhdudiyyətli azarkeşlər Olimpiya Stadionuna pulsuz daşınacaq

Fiziki məhdudiyyətli azarkeşlər Olimpiya Stadionuna pulsuz daşınacaq
Sakura

Fiziki məhdudiyyətli azarkeşlər Olimpiya Stadionuna pulsuz daşınacaq

Fiziki məhdudiyyətli azarkeşlərimiz Olimpiya Stadionuna taksilərlə pulsuz daşınacaq. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Mətbuat Xidmətindən bildirilib.

Məlumatda deyilir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən gücləndirilmiş iş rejimi ölkənin 62 avtovağzal və avtostansiyasında bu gün ən sıx qrafikini yaşayır: "Nəzərinizə çatdıraq ki, ümumilikdə Respublika üzrə həm beynəlxalq, həm də yerli daşımalara görə 100-ə yaxın əlavə avtobus xəttə buraxılıb. Gücləndirilmiş iş rejimi sabaha qədər davam edəcək".

Elanda əlavə olaraq qeyd edilib ki, “Bakı Taksi Xidməti” MMC-nin London taksiləri ilə bir qrup fiziki məhdudiyyətli azarkeşimizin də Olimpiya Stadionuna pulsuz daşınması təmin olunacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR