Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Fiziki fəaliyyətin daha bir faydası aşkar edilib

Fiziki fəaliyyətin daha bir faydası aşkar edilib
Sakura

Fiziki fəaliyyətin daha bir faydası aşkar edilib

Mütəxəssislər 750 mindən çox insanın iştirak etdiyi doqquz perspektivli tədqiqatı təhlil ediblər. Məlum olub ki, fiziki fəaliyyət yeddi növ xərçəngin inkişaf riskini azaldır.

Birləşmiş Ştatlardakı Milli Onkologiya İnstitutunun alimləri orta intensivlikdə fiziki fəaliyyətin xərçəng xəstəliyinə tutulma ehtimalını azaltdığını müəyyən ediblər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Medical Xpress" nəşri yazır.

Mütəxəssislər 750 mindən çox insanın iştirak etdiyi doqquz perspektivli tədqiqatı təhlil ediblər. Məlum olub ki, fiziki fəaliyyət yeddi növ xərçəngin – kişilərdə yoğun bağırsaq xərçənginin, qadınlarda süd vəzisi xərçənginin, endometriyanın, böyrək və qaraciyər xərçənglərinin, melanomanın və qeyri-Hodgkin limfomasının inkişaf riskini azaldır.

Alimlər hesab edirlər ki, həftədə 2,5-5 saat orta intensivlikli və ya 1,25-2,5 saat yüksək intensivlikli məşqlər bədxassəli şiş riskini əhəmiyyətli dərəcədə azalda bilər.



 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR