Slimfit
  1. MEDİA

FİZİKA-RİYAZİYYAT VƏ TEX¬NİKA ELMLƏRİ BÖLMƏSİNİN ÜMUMİ YIĞINCAĞI QARŞIDA DURAN AKTUAL MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİB

FİZİKA-RİYAZİYYAT VƏ TEX¬NİKA ELMLƏRİ BÖLMƏSİNİN ÜMUMİ YIĞINCAĞI   QARŞIDA DURAN AKTUAL MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİB
Sakura

FİZİKA-RİYAZİYYAT VƏ TEX¬NİKA ELMLƏRİ BÖLMƏSİNİN ÜMUMİ YIĞINCAĞI QARŞIDA DURAN AKTUAL MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİB

27 iyul 2021-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclası keçirilib.

Tədbirdə FRTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəs­si­sələrin baş direktorları və icraçı direktorları, direktor müa­vin­lə­ri, el­mi katibləri, icti­maiy­yət­lə əlaqələr şö­bə­lə­ri­nin rəh­bər­lə­ri, eyni zamanda respublikanın bir sıra nazirliklərinin nəzdində fəaliyyət göstərən elmi müəssisə və təşkilatların məsul şəxsləri, müvafiq mütəxəssisləri işti­rak ediblər.

Əvvəlcə Radiasiya Problemləri İnstitutunun (RPİ) baş direktoru, AMEA-nın müxbir üz­vü İslam Mustafayevin “Azərbaycanda radiasiya təhlükəsizliyi: müasir çağırışlar, mövcud elmi-tex­niki potensial və onun artırılması yolları” mövzusunda elmi məruzəsi iclas iştirakçılarına təq­dim olunub.

Məruzəçi diqqətə çatdırıb ki, Azərbay­can əra­zi­sinin coğrafi mövqeyinin və iqtisadi inki­şa­fı­nın spesifik xüsusiyyətləri, onun Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin böyük bir his­sə­­sini əhatə etməsi ikili təyinatlı nüvə ma­te­rial­larının, o cümlədən radioaktiv maddələrin daşınması eh­­ti­ma­lını artırır və bu kimi hallar mü­şa­hi­də olunur. Bu da öz növbəsində, radiasiya təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Alim 2021-2025-ci illər üçün nəzərdə tutulmuş “Radiasiya təhlükəsizliyi üzrə Milli elektron məlumat bazasının ya­ra­dıl­ması, radiasiya risklərinin GİS-də təsviri və onların idarə olunması mexanizminin işlənilməsi” mövzusu üzrə aparılan tədqiqatlardan danışıb.

Sonra RPİ-nin laboratoriya müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Famil Hümbətov Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Nüvə Tədqiqatları Mərkəzi, RPİ-nin və Fövqəladə Hal­lar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlən­mə­si Üzrə Dövlət Agentliyi tərəfin­dən işğaldan azad olunmuş ərazilərdə – Şuşa şəhərində, Zəngi­lan, Füzuli, Qubadlı, Cəbrayıl və Xocavənd rayonlarında aparılan radioloji və ekoloji monitorinq barə­də məlumat verib.

AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev er­mə­ni işğal­çı­la­rı tərəfindən Qarabağın və ətraf ərazilərin zəngin yeraltı və yerüstü sərvətlərinin talan edilməsi, ərazilərimizin minalanması, qanunsuz qazıntı işlərinin aparılması fonunda regionun kəskin ekoloji və radioaktiv çirklənməyə məruz qalmasından söz açıb. Qeyd edib ki, ölkə Pre­zi­den­ti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, o cümlədən, “yaşıl cəmiyyət”in formalaşdırılması, innovativ eko­sis­te­min yaradılması, azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi, həmçinin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi ölkəmizin radiasiya problemlərinin həlli məsələlərinə də sistemli yanaşma tələb edir və alimlərimizin qarşısında prioritet vəzifələr qoyur.

İclasda radiasiya təhlükəsizliyi sahəsində müasir texnologiyaların tətbiqi ilə kompleks mul­ti­dissiplinar tədqiqatların aparılması, yüksək səviyyəli kadr potensialının formalaşdırılması, ölkə miqyasında onlayn monitorinq sisteminin yaradılması, 2021-2025-ci elmi tədqiqat planlarına “Radiasiya təh­lü­kəsizliyi üzrə Milli elektron məlumat bazasının yaradılmasını, radiasiya risklərinin GİS-də təs­vi­ri və onların idarə olunması mexanizminin işlənilməsi” multidissiplinar mövzusunun daxil edil­mə­si barədə təkliflər səsləndirilib.

Daha sonra AMEA-nın müxbir üzvü Namiq Cəlilov fizika-riyaziyyat elmləri doktoru, professor Nəriman İsmayılov Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) astronomik müşahi­də­lər, imkanlar, beynəlxalq əməkdaşlıq və perspektivlər barədə məruzə ediblər.

Vurğulanıb ki, 2008-2013-cü illərdə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında rəsədxanada infrastruktur yenidən qurulub, 2 m-lik teleskopun idaretmə sistemi yenilənib, müasir işıq qəbuledicilərinin tətbiqi və cihazların tək­mi­l­ləşdirilməsi sayəsində rəsədxanada astronomik müşahidələr keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında kosmik sənaye­nin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsinə ŞAR-ın mümkün töh­fə­lə­ri, onun ölkəmizdə yaxın kosmosun, kosmik fəzanın və ətraf mühitin tədqiqinin aparılması üçün əsas­lı texniki imkanlara, real coğrafi mövqeyə və elmi kadr potensialına malik olması, dünyanın bir çox öl­kə­lə­ri­nin aparıcı elmi təşkilatları ilə birgə tədqiqatlar həyata keçirməsi diqqətə çatdırılıb. Ya­­xın gələcəkdə ŞAR-da kosmik peyklərdə, pilotsuz uçuş aparatlarında və yerüstü poliqonlarda apa­rılan spektrofotometrik ölçmələr vasitəsilə alınmış təsvirlər əsasında atmosferin kim­yəvi aerozol çirklənməsinin, transsərhəd hava axınlarının məsafədən monitorinqinin keçiril­mə­si, proqnozunun verilməsi və digər prioritet istiqamətlər üzrə həyata keçiriləcək elmi tədqiqat planlarından danışılıb. 

Akademik Rasim Əliquliyev kosmik sənayenin inkişafı və Azərbaycan elmi­nin prioritetləri fonunda astronomik araşdırmaların ölkənin milli maraqlarına xidmət etməsi­nin, astroinformatika, astrostatistikaya aid tədqiqatların aparılmasının, əldə olunan məlumatların rəqəm­­sal­laşdırılmasının, IV sənaye inqilabının çağırışlarına uyğun olaraq süni intellekt və maşın təliminin  tətbiq olun­ma­sı­nın vacibliyini vurğulayıb. Alim astroinformatika, astrostatistika sahələrində yüksəkixtisaslı kadr­la­rın hazırlanmasının zəruri olduğunu qeyd edib.

Məruzələrlə bağlı aparılan müzakirələrdə Milli Hidrometeorologiya Xidmətinin rəis müavi­ni Rafiq Verdiyev, Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tən­zim­lən­mə­si Üzrə Dövlət Agentliyinin rəisi Vüqar Hüseynov, Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, aka­de­mik Adil Qəribov, Peşə Xəstəlikləri Klinikasının baş həkimi, tibb üzrə fəlsəfə doktoru Sevda Xəlilova, akademik Ənvər Nəhmətov, AMEA-nın müxbir üzvləri – Əminağa Sadıqov, Bilal Bilalov, Vəli Hüseynov, Çingiz Əliyev, Oqtay Səmədovİsmayıl İsmayılov çıxış edərək rəy və təkliflərini səsləndiriblər.

Daha sonra AMEA-nın 27 may 2021-ci il tarixli Ümumi yığıncağının və Rəyasət Heyətinin “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə elmin dayanıqlı inkişafı üzrə milli strategi­ya­nın hazırlanması haqqında” müvafiq qərarlarının icrasından irə­li gələn vəzifələrdən danışan aka­demik Rasim Əliquliyev qeyd edib ki, tor­paq­larımızın erməni işğalından azad edilməsi, dağı­dıl­mış ərazi­lər­də iri­miqyaslı quruculuq işlərinə baş­lanılması, ölkə­miz­də apa­rı­lan inno­­vativ islahatlar, biliklər iqti­sa­diy­yatının formalaşması, smart texnologiyalara əsaslanan infrastruktur layihələrinin icrası,  IV sənaye inqi­la­bı­nın Azərbaycanda Regional Mərkəzinin yara­dıl­ma­sı, ener­ji təh­lü­­­kə­sizliyinə dair layihələrin hə­ya­ta keçirilməsi, dünyanın qlobal çağırışları və di­gər məsələ­lər­­lə bağ­lı Azərbaycan elminin, habelə FRTEB-in müəssisələrinin qarşısında ciddi, taleyüklü və­zi­fələr dayanır. Akademik qeyd edib ki, həmin vəzifələrin həyata keçirilməsi Bölmənin elmi müəssisələrini öz kadr potensialını gücləndirmək, prioritet elmi istiqamətlərə diqqəti artırmaq, beynəlxalq elmi əlaqələri genişləndirmək və müasir elmi-texnoloji nailiyyətlərə əsaslanmaqla tədqiqatlar aparmağı zəruri edir.

Bölmənin Ümumi yığıncağı AMEA-nın 27 may 2021-ci il tarixli Ümumi yığıncağının və Rəyasət Heyətinin 09 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə el­min dayanıqlı inkişafı üzrə milli strategiyanın hazırlanması haqqında” qərarından irəli gələn və­zi­fə­lərin Bölmənin elmi müəssisələrində müzakirə olunması və təkliflərinin hazırlanaraq FRTEB-ə təqdim edilməsi barədə müvafiq qərarlar qəbul edib.

Daha sonra Bölmənin Ümumi yığıncağında Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbay­can­lı­la­rını Əlaqələndirmə Şurasının üzvü, ABŞ-ın nüfuzlu “Society for Information Display” Cəmiy­yə­ti­nin fəxri üzvü, Yaponiya Maye Kristal Cəmiyyətinin “Texnoloji İnkişaf Mükafatı”nın laureatı, doktor Xəlil Kələntərin AMEA-nın Fəxri doktoru seçilməsi üçün Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul olunub. 

İclasda “AMEA-nın Xəbərləri” jurnalının fizika-texnika və riyaziyyat elmləri seriyasının “Fizika və astronomiya” buraxılışının redaksiya heyətində, həmçinin RPİ-nin strukturunda və Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi, akademik Asəf Hacıyevin 70 illik, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyevanın və texnika elmləri doktoru, professor Oqtay Nüsrətovun 80 illik yubileylərinin keçirilməsi, akademik Bahadur Tağıyevin biblioqrafiyasının hazırlanması haqqında qərarlar qəbul edilib.

Sonra “Molecular Cell Biology” (“Molekulyar hüceyrə biologiyası”) kitabının Azərbaycan dilində nəşr olunması barədə müzakirələr aparılıb. Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov məlumat verib ki, “Molekulyar hüceyrə biologiyası” Massaçu­setts Texnologiya İnstitutunun, Harvard, Kornel və Kaliforniya universitetlərinin tanınmış alimləri tərəfindən hazırlanıb. Onun sözlərinə görə, bestsellerin 2016-cı ildə “Springer” nəşriyyatında işıq üzü görən 8-ci nəşri biotibb, molekulyar hüceyrə sahəsində son illərin eksperimental tədqiqatlarına əsaslanan mühüm nailiyyətləri özündə əks etdirir.

Qeyd edək ki, dünyanın bir çox dillərinə tərcümə olunan bu kitab biofizika, biokimya, fiziologiya, molekulyar biologiya, hüceyrə biologiyası, tibb və digər sahələr üzrə ixtisaslı kadrların hazırlanması üçün dəyərli dərs vəsaitidir. Kitabı Azərbaycan dilinə Biofizika İnstitutunun icraçı direktoru, biologiya elmləri doktoru Kərim Qasımov tərcümə edib.

Akademik Rasim Əliquliyev biofizika və molekulyar biologiya texno­lo­gi­ya­la­rı kimi yeni, eyni zamanda ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən elmi istiqamətlərə aid qa­baq­cıl biliyi özündə əks etdirən dərs vəsaitinin Azərbaycan dilinə akademik səviyyədə tərcümə olunmasını, bu sahədə ana dilli elmi terminologiyanın yaradılmasını alimlərimizin mühüm uğuru kimi dəyər­lən­dirib. Alim qeyd edib ki, yeni elmi biliklərin gətirilməsi, onların akademik platformadan təhsilə, dərslik və dərs vəsaitlərinə daxil edilməsi, eyni zamanda elm və təhsilin inteqrasiyası, təhsilin məzmunun qabaqcıl elmi biliklərlə zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

FRTEB-in Elmi şurasının sədri elmin digər sahələrində çalışan alimlərimizi də dünyanın qabaqcıl elmi mərkəzləri tərəfindən ərsəyə gətirilən əsərləri, dərslik və dərs vəsaitlərini Azərbayc­an dilinə tərcümə edib geniş elmi ictimaiyyətin, ali məktəblərin müəllim-tələbə heyətinin istifa­də­si­nə verməyə çağırıb. Həmçinin, AMEA ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında xarici dillərdə olan dərsliklərin, dərs vəsaitlərinin tərcümə olunması və nəşri istiqamətində əmək­daş­lıq əlaqələrinin daha da dərinləşdirilməsi, aparılan işlərin keyfiyyətinin yüksəldilməsi istiqa­mə­tində təkliflərini səsləndirib.  

 Tədbirdə çıxış edən AMEA Rəyasət Heyətinin üzvü, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev Türk Dünyası Riyaziy­yat Cəmiyyətinin “TWMS Journal Pure and Applied Mathematics” jurnalının impakt faktor alması barədə məlumat verib. Qeyd edib ki, jurnal “Riyaziyyat” kateqori­yasında 330 beynəlxalq nəşr ara­sın­da 43-cü yerdə (Q1 bölməsində), “Tətbiqi riyaziyyat” kateqoriyasında 265 beynəlxalq nəşr arasında 84-cü yerdə (Q2 bölməsində) qərarlaşıb.

Akademik Rasim Əliquliyev AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin və FRTEB-in Ümumi yığıncağının adından jurnalın redaksiya heyətini və əməkdaşlarını elmimizin əlamətdar uğuru münasibətilə təbrik edib.  

FRTEB-in Ümumi yığıncağı bir sıra kadr məsələlərini müzakirə edib, müvafiq qərarlar qəbul edib.

Sonda həlli vacib olan cari məsələlər müzakirə olunub, suallar cavablandırılıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR