Slimfit
  1. ELM

Fizika İnstitutunun əməkdaşları karantin rejimində elmi fəaliyyətlərini uğurla davam etdirirlər

Fizika İnstitutunun əməkdaşları karantin rejimində elmi fəaliyyətlərini uğurla davam etdirirlər
Sakura

Fizika İnstitutunun əməkdaşları karantin rejimində elmi fəaliyyətlərini uğurla davam etdirirlər

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində bəzi sosial təcrid tədbirləri barədə 2020-ci il 14 mart tarixli qərarına əsasən ölkənin bütün elmi-tədqiqat müəssisələri fəaliyyətlərinin eksperimental hissəsini müvəqqəti dayandırıb. AMEA-nın Fizika İnstitutunun kollektivi də elmi fəaliyyəti xüsusi karantin rejiminin qaydaları çərçivəsində davam etdirir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisədə təhlükəsizlik sistemi yüksək səviyyədə təşkil olunub, pandemiya ilə əlaqədar olaraq dezinfeksiya işləri aparılıb. İnstitutun bütün əməkdaşları biraylıq əməkhaqqının 15 faizini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına uyğun olaraq magistrantlar üçün tədris prosesi distant qaydada keçirilib.

Elmi müəssisənin əməkdaşları tərəfindən 2020-ci ilin fəaliyyət planında nəzərdə tutulan tədqiqat işlərinin müəyyən hissəsi yerinə yetirilib. Tədqiqatların nəticələri əsasında məqalələr yazılıb və yüksək impakt faktorlu jurnallarda çapa təqdim olunub.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR