Slimfit
  1. İQTİSADİYYAT

“Fitch”: Koronavirus epidemiyasının böyüməsi neftə tələbatı azalda bilər

“Fitch”: Koronavirus epidemiyasının böyüməsi neftə tələbatı azalda bilər
Sakura

“Fitch”: Koronavirus epidemiyasının böyüməsi neftə tələbatı azalda bilər

Beynəlxalq kredit qabiliyyətinin qiymətləndirilməsi qurumu “Fitch Ratings” koronavirus epidemiyası böyüyəcəyi halda, dünyada neftə tələbatın azala biləcəyini açıqlayıb.

“Hürriyet”in məlumatına görə, beynəlxalq reytinq agentliyi sözügedən vəziyyətin Braziliya, Norveç və ABŞ kimi neft istehsalını artıran ölkələrdə “artıq istehsal” həcminin yüksəlməsinə səbəb olacağını da qeyd edib.

Neft sektorunda yaranan artıq istehsalın təsirləri isə virus epidemiyasının nə qədər davam edəcəyindən və OPEC ölkələrinin istehsal səviyyəsini yenidən tənzimləmək qabiliyyətindən asılı olacaq.

“2020-ci ildə geosiyasi gərginliklər və iqtisadi qavrayışdakı əhəmiyyətli aparıcı ünsürlərin fonunda neft qiymətlərinin dəyişkənliyini qorumasını gözləyirik”, - “Fitch Ratings”dən bildirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR