Slimfit
  1. İQTİSADİYYAT

Fitch: Bu il SOCAR-ın əməliyyat mənfəəti 3,3 milyard dolları keçəcək

Fitch: Bu il SOCAR-ın əməliyyat mənfəəti 3,3 milyard dolları keçəcək
Sakura

Fitch: Bu il SOCAR-ın əməliyyat mənfəəti 3,3 milyard dolları keçəcək

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2025-ci ildə ümumi gəlirinin 45,935 milyard ABŞ dolları təşkil edəcəyini proqnozlaşdırır.

“Report” “Fitch”ə istinadən xəbər verir ki, SOCAR-ın vergi, faiz, amortizasiyadan öncəki əməliyyat mənfəətinin (EBITDA) 3,317 milyard ABŞ dolları səviyyəsində olacağı gözlənilir.

“Neft və qazın əlverişli qiymətləri SOCAR-ın maliyyə göstəricilərini gücləndirib”, - “Fitch” qeyd edir.

Agentliyin qiymətləndirməsinə görə, şirkətin 2024-cü il üçün gəliri 50,61 milyard ABŞ dolları, əməliyyat EBITDA-sı isə 3,535 milyard ABŞ dolları təşkil edəcək.

Həmçinin EBITDA üzrə rentabelliyin (çıxılmalardan əvvəlki mənfəətin gəlirə nisbəti) 2024-cü ildəki 7 %-dən 2025-ci ildə 7,2 %-ə yüksələcəyi gözlənilir.

 

Qeyd olunur ki, SOCAR Mərkəzi Asiyadan olan rəqibləri (“KazMunayQaz” və “Özbəkneftqaz” – red.) ilə müqayisədə daha yüksək rentabellik nümayiş etdirir və bu, ticarət əməliyyatlarının əhəmiyyətli həcmi ilə bağlıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR