Slimfit
  1. AZƏRBAYCAN

Firudin Qurbanov Vaşinqtonda müsabiqədə iştirak edəcək tələbələrlə görüşüb

Firudin Qurbanov Vaşinqtonda müsabiqədə iştirak edəcək tələbələrlə görüşüb
Sakura

Firudin Qurbanov Vaşinqtonda müsabiqədə iştirak edəcək tələbələrlə görüşüb

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Beynəlxalq Hüquq Tələbələri Assosiasiyası (ILSA) tərəfindən təşkil olunan “Philip C. Jessup” beynəlxalq məhkəmə müsabiqəsində iştirak etmək hüququ qazanmış BDU-nun Hüquq fakültəsinin bir qrup tələbəsi ilə görüşüb. 

Qafqazinfo” xəbər verir ki, F.Qurbanov dünyada ən nüfuzlu beynəlxalq məhkəmə müsabiqələrindən olan və hər il Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilən “Philip C. Jessup” beynəlxalq məhkəmə müsabiqəsində iştirakın əhəmiyyətini qeyd edərək tələbələri təbrik edib. Bildirib ki, məqsədi tələbələrdə vəkillik, hüquqi yazı və araşdırma qabiliyyəti, akademik danışıq üslubu və bu kimi digər mühüm keyfiyyətləri inkişaf etdirmək olan bu müsabiqədə iştirak həm də ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməyə imkan yaradacaq.

Səmimi qarşılanmaya görə minnətdarlıqlarını bildirən tələbələr “Philip C. Jessup” beynəlxalq məhkəmə müsabiqəsində aktiv olacaqlarını, ölkəmizi və Bakı Dövlət Universitetini layiqincə təmsil edəcəklərini vurğulayıblar. 

Qeyd edək ki, “Philip C. Jessup” Beynəlxalq Ədalət Məhkəməsinin (International Court of Justice) simulyasiyasıdır.  Amerikan hüquqşünas, diplomat Philip C. Jessup-ın adını daşıyan müsabiqə ilk dəfə 1960-cı ildə Harvard Universitetinin iki komandası arasında keçirilib və 1968-ci ildən ətrafına dünya ölkələrinin komandalarını toplaya bilib. 

Müsabiqədə hazırda 100-ə qədər ölkə 3000-ə yaxın tələbə ilə təmsil olunur.  

 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR