Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda general-leytenant dünyasını dəyişdi: Sabah 60 yaşı olacaqdı

Azərbaycanda general-leytenant dünyasını dəyişdi: Sabah 60 yaşı olacaqdı
Sakura

Azərbaycanda general-leytenant dünyasını dəyişdi: Sabah 60 yaşı olacaqdı

Dövlət Miqrasiya Xidmətinin keçmiş rəisi general-leytenat Firudin Nəbiyev  vəfat edib.

Ens.az xəbər verir ki,bu barədə Gununsesi.info-ya generala yaxın mənbələrdən bildirilib.

Məlumata görə, Firudin Nəbiyev bir müddətdir ki, xəstə idi. Ürəyində problemlər olan general infarkt keçirib.

O, müalicə olunmaq üçün  bir neçə gün əvvəl Türkiyəyə aparılmışdı.

Qeyd edək ki, Firudin Hilal oğlu Nəbiyev 4 avqust 1960-cı ildə Ermənistan SSR-in Dərələyəz mahalında anadan olmuşdur. 1988-ci ildə İvanov şəhər Kimya Texnologiya İnstitutunu, 2009-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

1988-ci ilin avqust ayından Azərbaycan Respublikasının Yüngül Sənaye Nazirliyinin müəssisələrində müxtəlif vəzifələrdə çalışmışdır.

24 sentyabr 2001-ci il tarixdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2003-cü il tarixli, 1286 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2006-cı il tarixli, 1613 nömrəli Sərəncamı ilə ona General-mayor hərbi rütbəsi verilmişdir.

16 yanvar 2008-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2627 saylı Sərəncamı ilə Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini –Sərhəd Qoşunlarının Baş Qərargah rəisi vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli, 2050 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilmişdir[4].

Azərbaycan Respublikası Prezidentinin 6 mart 2012-ci il tarixli 2078 saylı Sərəncamı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR