Slimfit
  1. ƏDƏBİYYAT

Firidun bəy Köçərli - Qasım bəy "Zakir" təxəllüs (VII hissə)

Firidun bəy Köçərli - Qasım bəy "Zakir" təxəllüs (VII hissə)
Sakura

Firidun bəy Köçərli - Qasım bəy "Zakir" təxəllüs (VII hissə)

   
Bәs, Zakir çox müddәt millәti arasında yaşadığı üçün onun dilini dәxi mükәmmәl surәtdә bilirmiş vә hәr nә ki, hissiyyat vә xәyalatından vücuda gәlibdir, tәmamisini öz camaatının mәişәtindәn götürübdür. Mәsәlәn, şair ömrünün sinnә dolmuş çağında qocalığından şikayәt edib, gözәl günlәrin bihudә sәrf olmasından vә daim şәrü şur ilә keçmәsindәn tәәssüf vә nalә edib deyir:
 
Әfsus, günüm keçdi şәrü şur ilә daim,
                               Gәldi dәmi-rehlәt.
Tutmuş hәlә dünyanı könül hirs ilә qaim,
                                Tәdbirinә lәnәt!
Getdi hamı hәmdәrdi-xoşәxlaqü mülayim,
                                  Qaldım mәni-hәsrәt.
Çöldә Әli bәy, Tәhdilidir Qәlәdә tayım,
                                   Onlar da kәmülfәt.
Çoxdur әdәdi fövt olanın, hansını sayım?
                                   Mәcmuuna rәhmәt.
 
Şairin xoşәxlaq vә mülayim dostları bәqa gülşәnindә seyr etdiklәri halda, özü dünyayi-dunu hirsü tamah ilә bәrk tutubdur, ondan әsla әl götürmәk istәmir. Dünyaya bu qәdәr aludә olmağı vә onun yaxasından iki әl ilә yapışmağı şair böyük bir qüsur vә nәfsin dәğdәğәsindәn zühura gәlәn alçaq bir sifәt bilib, onun tәdbirinә lәnәt oxuyur.
 
Şair çox qocalıbdır. Ağzında otuz iki dişdәn ancaq üç-dördü qalıbdır, onlar da laxlayır vә bir-birini tutmaz ki, bir şey çeynәyib uda bilsin. Hәtta öz arvadı da ona mәhәlgüzar olmur:
 
Müddәtdi düşüb diki-dәrunum saf әmәldәn,
                                            Әfsürdәçirağәm.
Bir loğmadan әfzun yemәzәm xövfü xәlәldәn,
                                            Bu barәdә dağәm.
Birәğbәt olub xahişim әtami-gözәldәn,
                                             Guya ki, naçağәm.
Fәrq etmәz idim bir zaman ayranı әsәldәn,
                                              İndi bu sayağәm.
Vay oldu ki, bir gün tükәnә qәnd ilә çayım,
                                              Alır mәni xiffәt.
 
Çün qocaların, xüsusәn, Zakirin әsrindә zindәganlıq edәn laqeyd vә tәnpәrvәr ağaların vә mülkәdarların ümdә fikir vә xәyalları yemәk vә içmәk olub, ol sәbәbә şair münasibi-hal deyir:
 
Batmış şikәmin aldı bizi heyvәrә fikri,
                                    Doymalı deyil bu.
Qış aş, plov dәğdәğәsi, yaz kәrә fikri
                                    Bağrımız edәr su.
Köç vaxtı ulağ kәmliyi, dağü dәrә fikri,
                                    Olmaz belә qiyqu.
Ta çәnd otaq dәrdisәri, pәncәrә fikri,
                                     Әndişeyi-bahu.
Yekdir ki, lәhәd küncü ola köşkü sәrayım,
                                      Sәrmәnzili-xәlvәt.
 
Çöl bәylәrinin vә ümumәn kәnd әhlinin işlәri artıcaq çәtinә düşür. Qış fәsli bәrk gәlәndә, çovqunlu vә qarlı ruzigar әsәndә bir yandan azuqә azalır, bir yandan ot-әlәf tükәnib çarpa arıq düşür, bir yandan da odun tapılmır. Hәr adam örkәn vә çatı götürüb, odun dalısınca kola-kosa tәrәf yüyürürlәr. Bir növ şuriş vә vәlvәlә düşür ki, guya qiyamәt bәrpa olubdur.
 
Çöl xalqının belә pәrişan halını şair ziyadә mәharәt ilә nәzmә çәkir, sanki onlar göz önündә durublar. Şairin öz kәlamına rücu edәk:
 
Çöl xәlqinә bir il gәlә gәr qış gәlә qatı,
                                     Lağәr düşә çarpa.
Yeksәr qarışır bir-birinә türk ilә tatı,
                                      Aşuradı guya.
Hәr kәs götürür dәstinә bir örkәnü çatı,
                                       Hiyzüm qıla peyda.
Gözlәr ki, bitib ot, kökәlә camışü atı,
                                       Arxayın olub ta.
Gәh-gәh deyә, ey ilxıçı, qırxıldımı dayım?
                                        Nә eyş, nә rahәt?
 
Qasım bәyin başqa qisim әşarü asarına gәlәndә kәmali-cürәt ilә demәk olar ki, bunların dәxi tәmamisi eybü nöqsandan xali, ziyadә mövzun vә hәqiqi hissiyyatdan nәşәt etmiş kәlamlardır. Onlardan nümunә olaraq bir neçәsi burada dәrc olunur.
 
MÜXӘMMӘSİ-ZAKİR
 
Görün bu çәrxi-dunpәrvәr nә babәt ruzigar eylәr,
Çәkib ağuşuna hәr nakәsi kamil әyar eylәr,
Xilaf әhlin sәrәfraz, әhli-sidqi xaksar eylәr,
Mәnim könlüm rәqibin tәnәsindәn çox qübar eylәr,
Açıb dәrdi-dili-pünhani xәlqә aşikar eylәr.
 
Açıb ibrәt gözilә bir nәzәr qılsan bu dövranә,
Hücumi-mәsiyәt rәxnә salıbdır mülki-imanә,
Olub ifritәpәrvәrlik dәxi yaği Süleymanә,
Pәrilәr taәt eylәr sidq ilә quli-biyabanә,
Görәn fәrzanәvu aqil necә sәbrü qәrar eylәr.
 
Olubdur xәlq zalım, qәlb xain, qәflәt әyyami,
Edirlәr fisq zahir, kimsә çәkmәz xövfi-bәdnami,
Deyәrlәr qaziyә böhtan, bәzәrlәr şeyxülislami,
Soran yoxdur münәccimdәn: nәdir bu әmrin әncami --
Ki, hәr mahi-mәhәrrәmdә bular bir sәngsar eylәr?
 
Oturmuş makiyan indi xorusun xanәdanında,
Şükuhi-sәltәnәt etmiş dәxi xan xanimanında,
Qәrәz, bir xarü xәscә sayә yoxdur asitanında,
Qәza bu növ ilә şahbazı axır aşiyanında --
Salıb dami-bәlayә, aşiyanın tar-mar eylәr.
 
İlahi-görmәsin gözlәr bu әhvalı ki, mәn gördüm!
Süleyman barigahın payimali-Әhrimәn gördüm,
Mәvalilәr müsәllasın kinişti-bәrhimәn gördüm,
Nişimәngahi-tәrlanda, xudavәnda, dünәn gördüm --
Yığılmış bir neçә zağü zәğәn hәr yan şikar eylәr.
 
Dönüb vәzi-zәmanә, fәrq edәn yox ziştü zibani,
Seçәn yoxdur müsәlmandan yәhudü gәbrü tәrsani,
Zühur et, ey şәriәt tәxtinin şayәstә sultani,
Götür bürqә cәmalından, münәvvәr eylә dünyani,
Qalıb zülmәtdә alәm, göz yolunda intizar eylәr.
 
Sәmumi-sәrsәri-dövran pozubdur bağ növrağın,
Çәmәndә dağıdıb bәrqi-hәvadis sәbzә yığnağın,
Edib viranә takın bar içindә zәrnişan tağın,
Gülün fәrş eylәyib badi-xәzan sәhrayә övrağın,
Görüb biçarә bülbül arizuyi-novbәhar eylәr.
 
Tәrәhhüm görmәdim munda mәn ol bimehr canandan,
Dәyәndә sinәmә yüz min xәdәngü tir müjgandan,
Pәrivәşlәr mәgәr sormaz xәbәr hali-pәrişandan,
Görünmәz xiymeyi-Leyli, köçüb getmiş biyabandan,
Qalıb Mәcnuni-sәrgәştә, qan ağlar, ahü zar eylәr.
 
Tәriqi-eşqdә mәn olmuşam Fәrhadә hәmpәhlu,
Deyil vaqif mәnim halımdan ol Şirin-rәhi-bәdxu,
Rәqibi-bimürüvvәtdәn, bilir hәq, çәkmәzәm qayğu,
Deyirlәr әhli-eşqә cövr olur, әğyardәndir bu,
Yalandır, aşiqә hәr zülm olursa, bil ki, yar eylәr.
 
Tәğafül bilmәzәm mәn xubrulәrdә nә adәtdir --
Ki, çәkmәzlәr qәmi-üşşaqı bir dәm, bu nә söhbәtdir?
Qәrәz, bir guşeyi-çeşm ilә baxmaq eyni-dövlәtdir,
Bәlalı başlar üzrә sayә salmaq çox sәadәtdir,
Mәhәbbәt görsә aşiq, yar yolunda can nisar eylәr.
 
Hәzәr qılsın görәn kәslәr, bu nә mәğşuş dövrandır,
Bu dövranda onunçün kim, gәdavü şah yeksandır,
Әgәr künci-fәraqәt istәsәn, bir gәnci-pünhandır,
Şikәstә Zakirәm, könlüm mәrizi-dәrdi-hicrandır,
Әlaci-dәrdimi axır mәnim ol hәştü çar eylәr.
 
Qasım bәyin bu kәlamı Molla Pәnah Vaqifin «Mәn cahan mülkündә mütlәq doğru halәt görmәdim» şerilә başlanan müxәmmәsinә mәnәn çox oxşayır. Hәr iki şair ruzigari-kәcrәftarın vә dövrani-dunpәrvәrin qәddaranә gәrdişindәn ahü nalә edib, öz әsrlәrinin keyfiyyәti-halını bәyan qılırlar. Hәr iki şair batilin haqqa, әyrinin doğruya, mәsiyәt vә şәrarәtin zöhdü tәqvaya, zülmati-cәhalәtin nuri-hidayәtә, büxlü hәsәdin mürüvvәt vә әdalәtә, çirkinliyin hüsnü lәtafәtә qalib gәlmәsini müşahidә vә müayinә edib, alitәblәri dәnilәr vә şәyyadlar pәncәsindә dәstgirü mәğlubü pәrişanhal görürlәr. Sahibi-şәriәtә vә hadiyi-hidayәtә üz çöndәrib, ondan kömәk dilәyirlәr.
 
Vaqif deyir:
 
Ya imamәl-insü vәlcinnü şәhәnşahi-ümur,
Getdi din әldәn, bu gündәn böylә sәn eylә zühur,
Qoyma kim, şeytani-mәlun eylәsin imanә zur,
Şöleyi-hüsnünlә bәxş et tazәdәn dünyayә nur.
Kim, şәriәt mәşәlindә istiqamәt görmәdim!
 
Zakir deyir:
 
Dönüb vәzi-zәmanә, fәrq edәn yox ziştü zibanı,
Seçәn yoxdur müsәlmandan yәhudü kәbrü tәrsanı,
Zühur et, ey şәriәt tәxtinin şayәstә sultanı,
Götür bürqә cәmalından, münәvvәr eylә dünyanı,
Qalıb zülmәtdә alәm, göz yolunda intizar eylәr.
 
Vaqifin şikayәti mәhz Adәm atanın çiy süd ilә pәrvәriş tapmış övladındandır. Zәmanә onları bietibar vә bimürüvvәt edibdir. Xeyir әvәzinә şәr, yaxşılıq әvәzinә pislik, düzlük yerinә әyrilik etmәyi özlәrinә şüar ediblәr. Vaqif dünyayi-dundan sair mәxluqa yetişәn afәtü bәladan bir növ imani-nәzәr qılıbdır. Amma Zakir öz fәna halı ilә mәәn gülüstanın solmuş bağ vә bağçasına vә sәhra-çәmәnin pozğun halına vә pәrişan övzaına diqqәt yetirib, öz hüznü әlәminә onları da şәrik edir. Necә ki, şair hali-dilini xeyrü sürura tәbdil etmәk üçün «şәriәt tәxtinin şayәstә sultanı»nı arzu edir, habelә dә gülüstan vә çәmәn qәzәlnәvası bülbülün dilindәn bahari-alәmaranın tez yetişmәsini ilhahü tәmәnna elәyir. Әzbәs ki, sәmumi-sәrsәri-dövran bağü sәhranın nizamü növrağını pozubdur:
 
Sәmumi-sәrsәri-dövran pozubdur bağ növrağın,
Çәmәndә dağıdıb bәrqi-hәvadis sәbzә yığnağın,
Edib viranә takın bağ içindә zәrnişai tağın,
Gülün fәrş eylәyib badi-xәzan sәhrayә övrağın,
Görüb biçarә bülbül arizuyi-novbahar eylәr.
 
Yenә müxәmmәsi-Zakir:
 
Nә xoşdur dövri-ruyindә müsәlsәl ol qәra zülfün,
Sәrasәr hәr biri üşşaqә bir dami-bәla zülfün,
İki şәhmarә bәnzәr gәnci-hüsnündә düta zülfün,
Bulanır hәr tәrәf, qovlar mәni әfinüma zülfün,
Nәdәndir, bilmәzәm, әfsunә gәlmәz mütlәqa zülfün.
 
Tutubdur sәhni-duşindә arasın hәm solü sağın,
Enib payindә övsafın edәr tәqrir yaylağın,
Pәrişan etmisәn cәmiyyәtin düzmәk bu yırnağın,
Әcәbdirmi çәkәndә rövşәn eylәr çeşmin üşşaqın,
Dәmadәm xaki-payindәn götürmüş tutiya zülfün.
 
Sürahi gәrdәnin, әmma miyanın özgә babәtdir,
Qiyamәtdir qәdin, әmma bәsi biistiqamәtdir,
Hәzәr qıl bәdnәzәrdәn, gәzmә bipәrva, әmanәtdir,
Soruşdum şanәdәn: zülfә pәrişanlıq nә adәtdir?
Dedi ki, xoş bilir mәndәn işin badi-sәba zülfün.
 
Uca şanlılara, ey dil, yaraşır kәmtәrin olmaq,
Sәadәtdir hәmişә sahibi-caha qәrin olmaq,
Deyil, söylәşmәk ilә mümkün әsla nazәnin olmaq,
Bilib üftadәlikdәndir cahanda sәrnişin olmaq,
Budur vәchi düşәr pabusuna misli-gәda zülfün.
 
Nәsimi-sübhdәn rüxsari-al üzrә siyәh tellәr
Sanasan pәr açıb, zağü zәğәn gülşәndә seyr eylәr,
Өzü pür-piç, ucları, dümi-әqrәb kimi çәnbәr,
Uzandıqca uzanır ömrü, yoxsa, ey pәripeykәr,
İçib lәli-lәbindәn Xızrvәş maül-bәqa zülfün?
 
Dolannam başına şamü sәhәr manәndi-pәrvanә,
Demәzsәn bir görün necә keçir әhvali-divanә,
Bu qәdr cövrü zülm insan edәrmi, zalım, insanә?
Nә müddәtdir düşübdür dәlvi-dil çahi-zәnәxdanә,
Nola çәngal ilә bir dәm çәkә müşgülgüşa zülfün.
 
Kәmali-hüsndür gisuyi-mişkin sәfheyi-rudә,
Ziyası әncümün әfzun olur şami-qaranqudә,
Su içrә bir siyәhgun marә bәnzәr әksi güzgudә,
Cәfasından deyil hindü hәbәş bir lәhzә asudә,
Xәtasından deyil eymәn dәxi Çinü Xәta zülfün.
 
Cahan içrә sәnin tәk dilbәri-xoşxәttü xal olmaz,
Sәmәnbu, mahru, şәkkәrşikәn, şirinmәqal olmaz,
Süxәnçin olmayan alәmdә, mütlәq, payimal olmaz,
Arasında belin mucә kәmәrlә qilü qal olmaz,
Miyanzәnlik tәriqin ortaya ta salmaya zülfün.
 
Şikәstә Zakirәm, nәsri bilirdim cümlәdәn әfzun,
Düşәndә rişteyi-nәzmә çәkәrdim bәs düri-mәknun,
Künun sövdayi-eşqi bir mәhin etmiş mәni Mәcnun,
Dәxi mәndәn tәvәqqe etmәsin әşari-xoşmәzmun,
Edәr әhvalımı dәrhәm qәmi sübhü mәsa zülfün.
 
Müәşşәrat növi kәlamından birisinin iki әvvәlinci vә bir axırıncı bәndlәrini burada yazmaqla iktifa edirik. Ortadakı iki bәndlәri bәzi sәbәblәrә görә buraxırıq. Şair özü dә әndazәdәn çıxmağa müqirr olub deyir:
 
Dilbәrin seyrә çıxmaq babında:
 
Küstaxlıq oldu, mәnә düşmәzdi bu әsla,
                        Endim çox aşağә....
 
Zakirin müәşşәr kәlamı:
 
Әzm etdi sәhәr naz ilәn ol sәrvi-dilara
                        Seyr etmәyә bağә,
Ta yetdi xәbәr, әhli-çәmәn oldu mühәyya
                        Yeksәr bu sorağә.
Şәbnәm birlә yüz göz açıb hәr çiçәk
                        Keçdi solü sağә.
Ruxsarına әvvәlcә edim diyü tәmaşa
                        Gül çıxdı budağә.
Payinә nisar etmәk üçün laleyi-hәmra
                        Dürr tökdü tabağә.
Sәrmәst gözün görgәc özün nәrgisi-şәhla
                        Bәnzәtdi naçağә.
Pişvazına şümşadü sәnubәr, dәxi tuba
                        Dik durdu ayağә.
Tutdular o şahi-şәrәfin cümlә sәrapa
                        Yolunu çirağә.
Hәr birisi bir töhfә ilә yeksәrü yekca
                        Daşlandı qabağә.
Kimdir ki, nisar eylәmәyә varını aya,
                        Ha böylә qonağә?!
Xacә, belә sövda, belә bazar әlә düşmәz,
                        Fәrş eylә dükanı.
Bu sayiqi-sadә, meyi-gülnar әlә düşmәz
                        Novruz zamanı.
Hәm mütribü ney, çәngü dәfü tar әlә düşmәz,
                        Sür eyşi-cәvanı.
Çün dövr müxalifdi digәr yar әlә düşmәz,
                        Çaldır aşuranı.
Ver şüğlünü Şәhnazә ki, zinhar әlә düşmәz,
                        Çәk övcә sәdanı --
Dügahü Segah, iç meyi, tәkrar әlә düşmәz
                        Gәrm eylә hәvanı.
Ahәngi-sәfabәxşü xoşәtvar әlә düşmәz,
                        Çün әhli-İranı --
Axtarmaq ilә mövsümi-gülzar әlә düşmәz,
                        Azәrbaycanı.
Hicazә, Nişaburә onu eylәmә hәmta,
                        Hәm mülki-İraqә.
Zakir, tәlәbi-rifәt ilә olma cigәrxun,
                        Ver halına tәğyir.
Hәr vәqt qәmi-dәhr sәni etsә digәrgun
                        Aşüftәvü dilgir,
İç saqiyi-gülçöhrz әlindәn meyi-gülgun,
                        Heç eylәmә tәqsir.
Bir vasitәdir dәfi-qәmi-dәhrә bu mәcun,
                                  Lazımdımı tәqrir?
Ol vәchdәn eylәrlәr ona rәğbәti-әfzun,
                        Hәm novrәsü hәm pir --
Kim, birdir onun bәzmiara müflisü Qarun,
                        Nә fәrq, nә tövfir.
Gördüm yazılıbdır qәdәh üstündə bu mәzmun --
                        Kim, badәdir iksir. 
Feyzindәn olur zar gәda, sahibi-milyon,
                        Hәm şahi-cahangir.
Gәr cәm oluban eylәyә Loğmanü Fәlatun --
                        Yüz fikr ilә tәdbir,
Bir çarә meyi-nabdәn özgә dәxi qәta --
                        Yox dәrdi-fәraqә.
 
Bu müәşşәri-müstәzadında Zakir muğamatların bir çoxunu cinas sәbkindә zikr qılıbdır. Bu qisim şer demәkdә onun artıq mәharәti var imiş. Onun tәcnislәrindәn bir neçәsi aşağıda yazılacaqdır.
 
Qәzәliyyata gәldikdә, demәk olar ki, Qövsidәn sonra Zaqafqaziya şüәrası arasında Zakirdәn gözәl vә xoşmәzmun qәzәl yazanı olmayıbdır. Qәzәl yazmaqda mәrhumun yәdi-beyzası var imiş. Onlardan bir neçәsini oxucuların nәzәri-mәrhәmәtlәrinә tәqdim edirik ki, özlәri mütaliә buyurub vә qeyrilәrin bu növ kәlamları ilә tutuşdurub, tәşxis vә tәmyiz etsinlәr.
 
Qәzәli-Zakir:
 
Hüsni-nigar әhli-nәzәr afitabıdır,
Qoymaz, nә sud, görmәyә, gisu sәhabıdır.
 
Tәbxi-qәza üçün mücәmi yandırın -- dedim,
Tәbbaxi-yar tulladı kim, çubi-abıdır.
 
Badi-sәhәrlә nikhәti-zülf üstә şanәnin --
Өmri-dirazdır arada inqilabıdır.
 
Pamal olursan, etmә sәrazir, çox dedim,
Tutmadı zülf pәndimi, çәksin, әzabıdır.
 
Qәmzәn xәdәnginә çәkib üşşaq bağrını,
Guya hәlal mürci-şikarı kәbabıdır.
 
Lәb şәhdi-әngәbin, xәti-novdur sipahi-mur,
Qәd sәrvi-bağ, kakili-mişkin qürabıdır.
 
Püstani-yardır görünәn çaki-sinәdәn,
Ya cәnnәt içrә çeşmeyi-Kövsәr hübabıdır?
 
Dün sübh şanә sәxt dәyib tari-zülfünә,
Dildә hәnuz şol әsәrin piç-tabıdır.
 
Buyi-vәfa verir, necә mәn ondan әl çәkim?
Gülgun sirişk bәrgi-mәhәbbәt gülabıdır.
 
Gәr qәtli-am istәsә mücgani-çeşmi-mәst,
Qövsi-qüzeh qaşın ona tiri-şәhabıdır.
 
Gül dәftәrin tökübdü sәba, zahirәn bu gün
Biçarә bülbülün yenә baqi hesabıdır.
 
Өvraqi-lәlin açmağa etdim hәvәs, dedi:
Bilmәzsәn onu, elmi-müәmma kitabıdır.
 
Saqi, şәrabi-nabını get qeyrә әrz qıl!
Zakir o şux nәrgisi-mәstin xәrabıdır.

 

(VIII hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR